Bank Of Baku

Sabah İstanbulda AFFA və “Fənərbaxça” klubunun prezidenti arasında görüş olacaq

Sabah İstanbulda AFFA və “Fənərbaxça” klubunun prezidenti arasında görüş olacaq
# 09 sentyabr 2009 14:54 (UTC +04:00)
Bakı – APA. AFFA ilə Türkiyənin “Fənərbaxça” klubu arasında əməkdaşlıq haqqında olan müqavilənin müddəti artırılacaq. Apasport.az saytının məlumatına görə, anlaşmanın uzadılması ilə bağlı protokol sabah İstanbulda imzalanacaq.

Türk mətbuatının yazdığına görə, AFFA prezidenti Rövnəq Abdullayevlə “Fənərbaxça” klubunun başçısı Əziz Yıldırımin görüşü saat 16:00-a nəzərdə tutulub. “Faruk İlqaz” təsislərində baş tutacaq tədbirə “Fənərbaxça”nın baş məşqçisi Kristof Daum və idman direktoru Aykut Kocaman da qatılacaq.

Qeyd edək ki, AFFA-nın futbol akademiyasının 15 yaşlılardan ibarət komandası hazırda “Fənərbaxça”nın bazasında hazırlıq keçir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR