Bank Of Baku

Artur Ziko MOİK-in baş məşqçisi postundan kənarlaşdırılıb

Artur Ziko MOİK-in baş məşqçisi postundan kənarlaşdırılıb
# 10 sentyabr 2009 13:19 (UTC +04:00)
Bakı – APA. Artur Ziko Rusiya MOİK-nin baş məşqçisi postundan uzaqlaşdırılıb. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, braziliyalını Moskva təmsilçisinin sükanı arxasında Xuande Ramos əvəzləyib. Ən böyük uğurları ardıcıl 2 il UEFA kubokunu qazandırdığı “Sevilya” klubunda olan ispan mütəxəssisin sonuncu iş yeri Madrid “Real”ı idi.

Cari ilin əvvəlində MOİK-ə gətirilən Ziko bu cəlbedici təklifin müqabilində Özbəkistanın “Bunedkor” klubunun baş məşqçi postundan istefa vermişdi. Ziko “Bunedkor”a qədər isə Türkiyədə “Fənərbaxça”nı çalışdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR