Bank Of Baku

İtaliyanın “Milan” klubunun məşqçiləri Azərbaycana futbolçu seçməyə gəlirlər

İtaliyanın “Milan” klubunun məşqçiləri Azərbaycana futbolçu seçməyə gəlirlər
# 10 sentyabr 2009 13:27 (UTC +04:00)
Bakı – APA. İtaliyanın “Milan” klubunun məşqçiləri Azərbaycan gələcək. Apasport.az saytının məlumatına görə, Bakının “İnter” komandası ilə əməkdaşlıq edən İtaliya nəhəngi nümayəndələrini növbəti dəfə ölkəmizə göndərəcək.

Sentyabrın 14-də startı veriləcək "Milan Junior Camp" layihəsi bu dəfə Zaqatala rayonunu da əhatə edəcək və ümumilikdə 200 nəfər uşaq və yeniyetmə futbolçu qatılacaq. Sentyabrın 14-dən 18-dək təlim məşqlər “Şəfa" İdman və Sağlamlıq Kompleksinin stadionlarında baş tutacaq. Zaqatala rayonunda 21-25 sentyabr tarixlərində keçiriləcək layihəyə 100 nəfər uşaq və yeniyetmə futbolçu cəlb olunacaq. Bu dəfə də “Milan”ın məşqçiləri bilik və bacarıqlarını azərbaycanlı futbolçularla paylaşacaqlar. Layihə çərçivəsində məşqçilər üçün treninq-məşğələnin də keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, məşğələlərin saat 15.00-dan 18.30-dək davam edəcəyi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR