Bank Of Baku

Azərbaycan yığmasının qapıçısı “Hannover” klubuna yollanır

Azərbaycan yığmasının qapıçısı “Hannover” klubuna yollanır
# 15 sentyabr 2009 08:33 (UTC +04:00)
Bakı – APA. Bakının “İnter” klubunun qapıçısı Səlahət Ağayev Almaniya Bundesliqasında mübarizə aparan “Hannover”in düşərgəsində məşq edəcək. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, mütəmadi olaraq Azərbaycan milli komandasına dəvət olunan 18 yaşlı futbolçu sentyabrın 21-dən 29-dək Hannover təmsilçisinin hazırlıqlarına qatılacaq. Onun bu toplanışda iştirakı yığmamızın baş məşqçisi Berti Foqtsun təşəbbüsü və “İnter” klubu rəhbərliyinin razılığına əsasən gerçəkləşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR