Bank Of Baku

24 yaşlı gürcüstanlı futbolçu qətlə yetirilib

24 yaşlı gürcüstanlı futbolçu qətlə yetirilib
# 23 sentyabr 2009 10:05 (UTC +04:00)
Bakı – APA. 17 yaşadək futbolçulardan ibarət Gürcüstan milli komandasının sabiq futbolçusu Zurab Barabadze qətlə yetirilib. Apasport.az saytının məlumatına görə, zədə üzündən son 2 ili yaşıl meydanlardan kənar qalan futbolçu güllələnib. Hadisəyə Zurabın bir qrup tanışı ilə mübahisəsi səbəb olub. Dava-dalaşa çevrilən mübahisənin sonunda tanışlarından biri silahı çıxararaq onu yaralayıb. Xəstəxanaya çatdırılan Barabadzenin həyatını xilas etmək mümkün olmayıb.
Tiflis “Dinamo”sunun yetirməsi olan Zurab 2001-02-ci illərdə U-17-nin şərəfini qoruyub. Futbolçu bir neçə Macarıstan klubunun heyətində legioner həyatı da yaşayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR