Bank Of Baku

Azərbaycan milli komandasının baş məşqçisi FİFA rəhbərliyini tənqid edib

Azərbaycan milli komandasının baş məşqçisi FİFA rəhbərliyini tənqid edib
# 23 sentyabr 2009 10:20 (UTC +04:00)
Bakı – APA. Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts FİFA rəhbərliyini tənqid etmək qərarına gəlib. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis bu il sentyabrın 25-dən oktyabrın 16-dək Misirdə keçiriləcək 20 yaşadək futbolçular arasında dünya çempionatının vaxtından narazılığını dilə gətirib: “Əsas yığmaların seçmə oyun keçirdiyi günlərdə dünya çempionatı keçirilir. FİFA-nın bu addımı anlaşılmazdır. Oyunçularını klubların düşərgəsinə buraxmaq istəməyən klubların mövqeyini yaxşı başa düşürəm. Futbolçuların özləri isə ikili hisslər keçirir. Bir tərəfdən dünya çempionatı kimi futbol bayramında oynamaq istəyi, digər tərəfdən isə klubdakı yerini itirmək qorxusu”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR