Bank Of Baku

Azərbaycan yığması İtaliyanın “İnter” klubu ilə qarşılaşacaq

Azərbaycan yığması İtaliyanın “İnter” klubu ilə qarşılaşacaq
# 24 sentyabr 2009 07:26 (UTC +04:00)
Bakı – APA. Azərbaycan milli komandasının növbəti rəqibi məlum olub. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, İtaliyada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət yığmamız dördüncü yoxlama matçında “İnter” klubu ilə qarşılaşacaq. Məşhur Milan təmsilçisinin nəzdindəki həmyaşıdları ilə millimizin qarşılaşması bu gün Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Qeyd edək ki, sentyabrın 17-də “Yuventus”, 20-də “Breşiya” klubundan olan həmyaşıdlarına müvafiq olaraq 4:3 və 3:1 hesabı ilə qalib gələn yığmamız sentyabrın 23-də “Milan”ın 19 yaşlı futbolçularına uduzub - 4:2.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR