Bank Of Baku

“Bakı” klubu Bülənt Korkmazı baş məşqçi postuna gətirmək istəyir

“Bakı” klubu Bülənt Korkmazı baş məşqçi postuna gətirmək istəyir
# 24 sentyabr 2009 16:41 (UTC +04:00)
Bakı – APA. “Bakı” klubunun baş məşqçisi Qyoko Hacıyevskinin istefası qəbul olunub. Bu haqda apasport.az saytına komandanın vitse-prezident Zeynal Məmmədov məlumat verib. Onun sözlərinə görə, məsələ makedoniyalı çalışdırıcının klub prezidenti Hafiz Məmmədovla görüşündə rəsmiləşib: “Hafiz müəllim Hacıyevskinin qalmasını istəsə də, o, istefa verməyi məqsədəuyğun saydı. Baş məşqçimiz hazırkı vəziyyətdə özünün gedişini üstün tutdu”.

Vitse-prezident “Qalatasaray” klubunun sabiq baş məşqçisi Bülənt Korkmazla danışıqlar apardıqlarını təsdiqləyib: “Korkmaz namizədlər sırasında yer alıb. Baş məşqçi postuna namizədlərimiz sanballı mütəxəssislərdir. Onlar arasında ilkin razılığını verənlər də var. Sadəcə, adlarının açıqlanmasını istəmirlər. Komandamızın sükanı arxasına yüksək səviyyəli mütəxəssis gətirməyə çalışacağıq”.

Qeyd edək ki, 41 yaşlı Korkmaz bu ilin martında “Bakı”nın dəvəti ilə ölkəmizdə qonaq olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR