Bank Of Baku

Bülənt Korkmaz: “Bakı” klubu ilə müqavilə bağlayacağam”

Bülənt Korkmaz: “Bakı” klubu ilə müqavilə bağlayacağam”
# 25 sentyabr 2009 09:03 (UTC +04:00)
Bakı – APA. UEFA kubokunun və Superkubokunun qalibi Bülənt Korkmazın “Bakı”da çalışıb-çalışmamasına bu gün aydınlıq gələcək. Apasport.az saytının məlumatına görə, “Qalatasaray” klubunun 41 yaşlı sabiq baş məşqçisi son Azərbaycan çempionundan cavab gözləyir.

Qyoko Hacıyevskinin istefasından sonra yeni baş məşqçi axtaran paytaxt təmsilçisi Korkmaz da daxil olmaqla, bir neçə mütəxəssislə danışıqlar aparır. Təbii ki, son söz klub prezidenti Hafiz Məmmədova məxsusdur və bundan sonra yeni çalışdırıcının adı müəyyənləşəcək. Əgər Korkmazın namizədliyi qəbul olunarsa, türkiyəli mütəxəssis Bakıya sabah gələcək. Veteran müdafiəçi öncə komandanın növbəti turda “Qarabağ”la ev oyunu tribunadan izləmək fikrindədir.

Ötən ilin mayında “Qalatasaray”la yollarını ayırdıqdan sonra heç bir klubda çalışmayan Korkmaz “Bakı”nın təklifini qəbul edərək, meneceri vasitəsilə danışıqlara başlayıb. O, Türkiyə mətbuatına açıqlamasında qısaca bunları deyib: “Hər mövzuda anlaşa bildik. Ən qısa zamanda rəsmi sözləşmə imzalayacağıq. Qardaş ölkə Azərbaycanda çalışmaqda şad olaraq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR