Bank Of Baku

Azərbaycanlı hakim Rusiya - Ermənistan görüşünü idarə edəcək

Azərbaycanlı hakim Rusiya - Ermənistan görüşünü idarə edəcək
# 26 sentyabr 2009 08:23 (UTC +04:00)
Bakı – APA. 17 yaşadək qızlar arasında futbol üzrə Avropa çempionatının I seçmə mərhələsinin bəzi oyunlarının hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Serbiyada keçiriləcək X seçmə qrupun oyunlarına təyinat alan Venera Muradovanın idarə edəcəyi qarşılaşmaların biri dəqiqləşib. Azərbaycanlı xanım referi Rusiya – Ermənistan görüşünün baş hakimi olacaq. Onun köməkçilərindən birinin Maya Nəbiyeva olacağı da məlumdur. Bu matç oktyabrın 24-də Zrenyanin şəhər stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR