Bank Of Baku

Səudiyyə şahzadəsi “Liverpul”u alır

Səudiyyə şahzadəsi “Liverpul”u alır
# 28 sentyabr 2009 23:43 (UTC +04:00)
Bakı – APA. Səudiyyə Ərəbistanının şahzadəsi Feysəl ibn Fəhd ibn Abdullah əl-Səud İngiltərənin “Liverpul” futbol klubunun səhmlərinin 50%-ni almaq qərarına gəlib. APA-nın “Associated Press”ə istinadən xəbərinə görə, şahzadə bunun üçün 381,312 mln. avro ödəməyə hazır olduğunu bəyan edib.
Səudiyyə Ərəbistanında “FAMA” holdinqinin və peşəkar idman sahəsində sərmayələrlə məşğul olan “F6” şirkətinin rəhbəri olan Feysəl ibn Fəhd artıq “Liverpul”un sahiblərindən biri oln amerikalı biznesmen Corc Cilett və “Richard Petty Motorsports” şirkəti ilə niyyət protokolu imzalayıb. Klubun digər sahibi Tom Hiks isə komandanın sərmayələrinin yalnız 25%-ni güzəştə getməyə hazır olduğunu bəyan edib.
Futbol üzrə 18 dəfə İngiltərə çempionu olmuş “Liverpul”un qiymətli kağızlarının yarısı T.Hiksə məxsusdur. Hazırda klubun 261,071 mln. avro borcu var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR