Fərid Novruzi: “Buna görə ultimatum vermək düzgün deyil” – MÜSAHİBƏ
- Ötən illə müqayisədə, cari mövsümdə uğurlarımız daha çox oldu. Mövsümün əvvəlində Dubayda, Soçidə yaxşı təlim-məşq toplanışları keçdik, həmin hazırlıq proseslərində yığmamız bir neçə yoldaşlıq görüşündə qüvvəsini sınadı. Ardından milli komandamız İspaniyanın Kastelyon şəhərində dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinə qatıldı və 28 kollektiv arasında 7-ci yeri tutdu. Fikrimcə, bu, çox uğurlu nəticədir. Həmin yarışda Almaniya, İngiltərə yığmalarına qalib gəldik. Daha sonra komandamız iyulda İngiltərədə təşkil olunmuş Avropa çempionatının seçmə mərhələsində iştirak etdi. Burada da Almaniya və İngiltərəni üstələyərək, qrup qalibi olduq. Yəni, gözlədiyimiz uğurları əldə etdik. Bildiyiniz kimi, bu il yığmamıza yeni baş məşqçi - Rusiya vətəndaşı olan həmvətənimiz Emil Cabbarov təyin olunub. Onun da böyük köməyi dəydi. Cabbarovun yeni taktikası, fikirləri sayəsində milli komandamız gözəl oyun nümayiş etdirə bildi. Yığmaya yeni futbolçular cəlb olunmasa da, qapıçılar Vaqif Şirinbəyov və Emin Kürdovun inamlı oyunlarını xüsusi qeyd etmək istərdim. Ötən il 58 klubun iştirakı ilə həvəskarlar arasında Azərbaycan çempionatı keçirmişdik. Bu il isə ilk dəfə olaraq, 41 peşəkar klub ölkə çempionatında yarışdı. Peşəkar klubların ilk çempionatında təkcə Bakı deyil, regionlar komandaları da mübarizə aparırdı. Özü də yarışda region təmsilçiləri daha çox idi. Sumqayıtdan 12, Şimal zonası - Quba, Qusar, Xaçmazdan 12, Cənub zonasından isə 11 komanda qızıl medallar uğrunda oynayırdı. Bundan başqa, 6 klubun iştirakı ilə Respublika Kubokunun final mərhələsi keçirildi və baş mükafata “Neftçi” sahib çıxdı. Bu il çimərlik futboluna marağın artmasının, sözügedən növün populyarlaşmasının şahidi olduq. AFFA rəhbərliyi tərəfindən Mərdəkanda inşa edilən “Dalğa” İdman-Sağlamlıq Kompleksinin stadionunda mütəmadi olaraq, həvəskar komandaların yarışı keçirilir. Hətta şou-biznes nümayəndələri ilə futbol veteranları arasında da yoldaşlıq oyunu baş tutdu. Bir sözlə, ölkəmizdə çimərlik futboluna hərtərəfli maraq artdı.
- Milli komandanın baş məşqçisi Emil Cabbarovla müqavilə uzadılacaqmı?
- Bəli. Cabbarov ilboyu yığmada fəaliyyətini davam etdirəcək. Əgər əvvəllər mövsümi müqavilə bağlayırdıqsa, indi baş məşqçi ilə bir illik razılaşma imzalanacaq.
- Yığma ilə bağlı narazılıq da mövcuddur. Futbolçular Emil Cabbarovun vəzifəsində qalacağı təqdirdə, milli komandadan imtina edəcəklərini bildirirlər. Bu narazılıqdan xəbəriniz varmı?
- Belə söz-söhbətlər bizə çatır. Bəlkə də onların arasında nəsə anlaşılmazlıqlar olub. Amma Emil Cabbarov peşəkar məşqçidir. Ona Rusiya yığmasının ikinci məşqçisi postu təklif olunur. O isə yalnız azərbaycanlı olduğu, xalqımızı, millətimizi sevdiyi üçün Azərbaycan yığmasında çalışmaq istəyir. Futbolçularla məşqçilər arasında narazılıq yaranıbsa, ultimatum vermək düzgün deyil. Problem varsa, onu həll etmək lazımdır. Lakin federasiya rəhbərliyi olaraq, belə ultimatumu qəbul edə bilmərik.
- Əsas narazılıqlardan biri kimi yığmanın avqustda Portuqaliyada keçirilmiş Avropa çempionatının final mərhələsinə zəif hazırlaşması göstərilir.
- Qitə çempionatının final mərhələsinə hazırlıq məqsədilə təlim-məşq toplanışı təşkil olunmuşdu. İngiltərədən qayıtdıqdan sonra futbolçular baş məşqçidən istirahət üçün icazə almışdılar. Təxminən birhəftəlik istirahətin ardından milli komanda ciddi hazırlığa başlayıb.
- Baş məşqçinin qarşısına hansı vəzifələr qoyulub?
- İlk növbədə o, gənc futbolçulardan ibarət alternativ yığma yaratmalıdır. Çünki hazırkı milli komandanın əksər üzvləri futzalçılardır. Buna görə də biz regionlardan yaxşı gənc oyunçular seçmişik, onların üzərində iş gedir. Gələn il məqsədimiz dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaqdır. İstəyirik ki, gənc, peşəkar, sırf çimərlik futbolçularından ibarət yığma formalaşdıraq.
- Azərbaycanda çimərlik futboluna maraq, kütləvilik sizi qane edirmi?
- Hazırda vəziyyət ötən ilkindən tam fərqlidir. “Dalğa” İdman-Sağlamlıq Kompleksinin stadionu həmişə bu idman növünü sevənlərin üzünə açıqdır. Bütün mövsüm ərzində burada müxtəlif yarışlar baş tutur ki, bu da çimərlik futboluna olan marağın bariz nümunəsidir. Həmçinin, regionlarda da inkişaf açıq-aşkar hiss olunur. Respublika kubokunu keçirərkən, regionlara xəbər göndərdik. Demə, orada komandalar hazır imişlər, sadəcə, belə yarışın təşkilini gözləyirlərmiş. Maraqlı bir faktı da qeyd edim: Sumqayıtda Şimal zonasının seçmə mərhələsində oyunçular əsl çimərlik futbolu fəndləri nümayiş etdirirdilər. Deməli, onlar çimərlik futbolu turnirlərini izləyiblər, fəndlər üzərində işləyiblər. Kütləviliyin artmasında rayon icra hakimiyyəti başçılarının , o cümlədən Lənkəranın icra başçısı Süleyman Mikayılovun bizə çox köməyi dəydi.
- Çimərlik futbolunda Azərbaycan çempionatı bir neçə gün ərzində keçirildi. Gələcəkdə liqanın daha uzun müddətli olması, ev və səfər qarşılaşmaları formatında təşkili nəzərdə tutulubmu?
- Əlbəttə, belə planımız var. Bakı ilə yanaşı, regionlarda da komandalar formalaşır. Bu klublar arasında sistemli, bir neçə aylıq çempionat keçirmək niyyətindəyik. Eyni zamanda, Beynəlxalq Çimərlik Futbolu Federasiyası klublar arasında rəsmi beynəlxalq yarışlar keçirmək istəyir. Artıq “Mançester Yunayted”, Madrid “Real”;; kimi klublara bu çempionatda iştirak təklif olunub. Böyük ehtimalla, bizim də hər hansısa klubumuz liqada mübarizə aparacaq.
- Ölkəmizdə dünya standartlarına uyğun cəmi bir çimərlik futbolu stadionu var. İnfrastruktur baxımından hansı yeniliklər gözlənilir?
- Biz çimərlik oyunları üzrə stadionun tikilməsi ilə bağlı təşəbbüs irəli sürmək istəyirik. Yay Olimpiya Oyunlarının Bakıda keçirilməsi üçün namizədliyi verilmişdi. Olimpiada zamanı çimərlik stadionuna ehtiyac duyulacaq. Axı çimərlik oyunları təkcə futboldan ibarət deyil, burada çimərlik voleybolu yarışları da olur. Üstəlik çimərlik futbolu növünün Yay Olimpiya Oyunlarının proqramına salınması ehtimalı da var.
- Ötən il siz Azərbaycan Çimərlik Futbolu Federasiyasının prezidenti qismində təqdimatınız zamanı bildirmişdiniz ki, yaxın illərdə ölkəmizdə dünya çempionatının keçirilməsinə çalışacaqsınız. Bu istiqamətdə işlər nə yerdədir?
- 2011-ci və ya 2013-cü ildə dünya çempionatı Azərbaycanda keçirilə bilər. Hal-hazırda AFFA rəhbərliyi 2011-ci və ya 2013-cü ildə dünya çempionatının Azərbaycanda keçirilməsi ilə bağlı bütün sənədləri hazırlayır və yaxın zamanda FİFA-ya təqdim edəcək. Məsələ burasındadır ki, 2011-ci və 2013-cü il çempionatına namizədlik eyni vaxtda irəli sürülür. Bakıdan başqa, daha bir neçə şəhər təşkilatçılıq hüququna yiyələnmək istəyir. FİFA qərar versə, inşallah, dünya çempionatı ölkəmizdə olacaq.
Güman edirəm ki, yaxın zamanlarda KİV nümayəndələrinə nəticə haqqında məlumat verəcəyik.
Həmçinin qeyd etmək istərdim ki, AFFA ilə birlikdə çimərlik futbolunun inkişafı ilə bağlı bir neçə layihələr mövcüddur ki, bunlar da gələcək illərdə öz bəhrəsini verəcək.
Fürsətdən istifadə edib, AFFA rəhbərliyinin daimi dəstəyini və çimərlik futbolunun inkişında əvəzsiz köməyini xüsusi vurğulamaq istərdim.
- Qarşıdakı yarışlar nədən ibarətdir?
- Bizim üçün mövsümün tam başa çatdığını söyləmək olmaz. Çünki İran tərəfi milli komandamızla yoldaşlıq görüşü keçirməyi təklif edib. Biz də onların təklifi ilə razılaşmışıq. Əgər İran təşkilati xərcləri öz üzərinə götürsə, oktyabrın ortalarında yoldaşlıq görüşü gerçəkləşəcək. Bu matç iranlılar üçün Dubayda keçiriləcək dünya çempionatına hazırlıq xarakteri daşıyacaq. İndi tam əminliklə deyə bilərik ki, Azərbaycan çimərlik futbolunda debütant deyil. Azərbaycan peşəkar çimərlik futbolu ölkəsi kimi tanınır. İtaliya, İspaniya, Ukrayna, Estoniya, Norveç kimi komandalar yığmamızla oynamağa can atırlar. Yəqin ki, bu təkliflərin hamısı nəzərdən keçiriləcək və gələn il də ölkəmizdə maraqlı yarışlar olacaq.
Futbol
London derbisində “Arsenal” “Çelsi”ni məğlub edib
İspaniya La Liqası: “Barselona” səfərdə “Valensiya”nı darmadağın edib
Türkiyə Super Liqası: "Fənərbaxça" öz meydanında "Beşiktaş"a məğlub olub
La Liqa: “Real Madrid” bu mövsüm ilk məğlubiyyətini alıb
Xəbər Lenti
İran: Hörmüz boğazında yeni koridorla bağlı saziş imzalanacaq
Cənubi Koreya, ABŞ və Yaponiya hərbi təlimlərə başlayıb
"Amazon"un yük təyyarəsi Mayami hava limanı yaxınlığında qəzaya uğrayıb, 5 nəfər ölüb - YENİLƏNİB
Tramp Ayın ABŞ-ın mülkiyyəti olduğunu açıqlayıb
Syerra-Leonenin sabiq prezidenti sürgündən qayıdıb
Tramp əvvəl Putin, daha sonra isə Zelenski ilə telefonla danışacaq
Böyük Britaniya La-Manşda 140 qanunsuz miqrantın olduğu qayığı saxlayıb
Sabiq Pentaqon rəhbəri: ABŞ-İran münaqişəsi daha 6 ay davam edə bilər
Uitkoff: Rusiya ilə danışıqlar olmadan sülh şansı azdır
Türkiyənin qadın voleybol millisi Avropa çempionu olub
Şimali Kiprdə batan gəmidə itkin düşən daha 1 nəfərin meyiti tapılıb
Nepalda sel fəlakətində ölənlərin sayı 1344-ə çatıb
Şəmkirdə evdə 35 yaşlı kişinin meyiti tapılıb
London derbisində “Arsenal” “Çelsi”ni məğlub edib
İspaniya La Liqası: “Barselona” səfərdə “Valensiya”nı darmadağın edib
Şəkidə piyadanı avtomobil vurub öldürüb
Zelenski Rusiya ilə danışıqlar prosesinin bərpa olunduğunu bildirib
Kuşner: Tramp Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı yeni təkliflər paketinin hazırlanmasını tapşırıb
Kabardin-Balkariyada alpinistlər qar uçqununun altında qalıb
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 4362 nəfərə çatıb
Husilər Səudiyyə Ərəbistanına məxsus PUA-nı vurduqlarını açıqlayıblar
Ucarda yük avtomobili yanıb
Zelenskinin Uitkoff və Kuşnerlə görüşü başa çatıb, “Avropa üçlüyü”nün iştirakı ilə ikinci raund olacaq- VİDEO - YENİLƏNİB-1
Yağış yağacaq, leysan olacaq, dağ çaylarından sel keçəcək - XƏBƏRDARLIQ
Prezidentin sosial şəbəkə hesablarında HDQ qərargahını ziyarəti ilə bağlı paylaşım edilib
Dehlidə yataqxana binası uçub, 3 nəfər ölüb, 50 nəfər dağıntılar altında qalıb - VİDEO
İsrail Livanın cənubuna aviazərbə endirib, ölənlər var - YENİLƏNİB-1
Rusiyadan Honq Konqa qızıl tədarükü rekord həddə çatıb
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Şahin Mustafayev iranlı nazirlə dəmir yolu tikintisini müzakirə edib
Budanov: “Avropa üçlüyü”nün nümayəndələri Kiyevə gəlib
Lavrov: Almaniya yenə müharibə istəyir
Roma Papası Ukrayna münaqişəsinin nizamlanması üçün yeni cəhdlərin uğurlu olmasını arzulayıb
Tibetdə torpaq sürüşməsində ölənlərin sayı 43 nəfərə çatıb, 519 nəfər itkin düşüb
Prezident İlham Əliyev Hərbi Dəniz Qüvvələrində olub - FOTO - VİDEO
Çester divarlarından Çörçillin heykəlinə: Britaniyanın tarixi irsi hansı təhlükələrlə üzləşir? - ARAŞDIRMA
Naxçıvanda zəncirvari qəza olub, xəsarət alanlar var - FOTO
ABŞ-də milli irs vandalizmdən necə qorunur? - TƏHLİL
Buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün əlavə imtahan keçirilib
Qubada yol qəzasında 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb - YENİLƏNİB
Almaniyanın Kil şəhərində aşkarlanan bombaya görə 5 mindən çox insan təxliyə ediləcək
Sabah yağış yağacaq, leysan olacaq
Türkiyədə tarixi abidələrin vandalizmə məruz qalması ciddi problemə çevrilib - FOTO
Astarada başına boru düşən Cəlilabad sakini ölüb
Prezident İlham Əliyev Esvatini Kralını Müstəqillik Günü münasibəti ilə təbrik edib
Misirdə keçmiş televiziya aparıcısı ölüm cəzasına məhkum edilib
BDYPİ gözlənilən hava şəraitində sürücülərə diqqətli olmağı tövsiyə edib
Yəməndə hökumət qüvvələri hücuma keçib, husilər strateji rayona nəzarəti itirib
Kreml Putin-Uitkoff-Kuşner danışıqlarının detallarını açıqlayıb
Dağlıq və dağətəyi ərazilərdə qısamüddətli yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA