Bank Of Baku

Berti Foqts Azərbaycan yığmasında bəyəndiyi futbolçuların adlarını açıqlayıb

Berti Foqts Azərbaycan yığmasında bəyəndiyi futbolçuların adlarını açıqlayıb
# 06 oktyabr 2009 07:46 (UTC +04:00)
Bakı – APA. Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts razı qaldığı futbolçuların adlarını açıqlayıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, 63 yaşlı alman mütəxəssis dünya çempionatının seçmə mərhələsinin oktyabrın 10-da Lixtenşteynlə oyununa hazırlaşan yığmamızda 4 futbolçunu fərqləndirib.

Bunlar müdafiəçilər Ruslan Abışov (“Neftçi”), Maksim Medvedev (“Qarabağ”), yarımmüdafiəçi Rahid Əmirquliyev (“Xəzər-Lənkəran”) və hücumçu Daniel Axtyamovdur (“Simurq”). Foqts Frankfurtda hazırlıq keçən millimizin “Neu-Usenburq” ilə yoxlama oyunundan sonra bu futbolçuların onu qane etdiyini açıqlayıb.

Qeyd edək ki, yığmamızın 2:0 hesabı ilə qalib gəldiyi matçda hər iki qolu Axtyamov vurub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR