Bank Of Baku

Türkiyə milli komandasının baş məşqçisi Fatih Terimin istefası qəbul edilib

Türkiyə milli komandasının baş məşqçisi Fatih Terimin istefası qəbul edilib
# 11 oktyabr 2009 20:48 (UTC +04:00)
“Bu nəticə isə milli komanda üçün tamamilə yeni bir başlanğıcın əsasını qoyub. Yeni dövrü tam sağlam şəkildə dəyərləndirmək üçün keçmişdə baş verənləri ciddi şəkildə təhlil etməyə ehtiyac var”.

Milli komandanın keçmiş uğursuzluqlarının qeyd edildiyi açıqlamada uğurların davamlı və qalıcı olması ilə bağlı problemlərin ortaya çıxdığı da vurğulanıb.

“Biz Fatih Terimlə də sonuncu oyundan öncə komandada olan problemləri geniş şəkildə müzakirə etmişdik. Amma oyundan sonra istefa vermək barədə qərarını televiziyadan öyrəndim. Bu, onun özünün verdiyi qərardır. Mən və İdarə Heyətindəki yoldaşlarım Terimin qərarını hörmətlə qarşıladıq. O, milli komandamıza böyük xidmətlər edib. Bu günə qədərki xidmətlərinə görə, ona təşəkkür edirik”.

Özgener bildirib ki, milli komanda üçün təkcə yeni baş məşqçi ilə yola davam etmək deyil, həm də qlobal olaraq yeniləşmə, qazanılan uğurları əldə saxlamaq qabiliyyətini qazanma kimi yeni mərhələ başlayacaq: “Baş məşqçinin dəyişməsi bu böyük planın bir hissəsidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR