Berti Foqts: “İstəmirəm ki, azarkeşlər bizi fitə bassınlar”
- Biz Almaniyada ciddi təlim-məşq toplanışı keçdikdən sonra oktyabrın 10-da Lixtenşteynlə görüşdük. Onlarla oyunumuz asan olmayıb. İndi biz Rusiyaya qarşı var gücümüzlə hazırlaşırıq. Son matçda zədələnmiş Vüqar Nadirov və Elvin Məmmədovun meydana çıxacağı sual altındadır. Kapitan Rəşad Sadıqov və Saşa Yunisoğlunun forma geyinməyəcəyi isə dəqiqdir. Mənə elə gəlir ki, bu ilin martında Moskvada Rusiya ilə matçda yaxşı oyun nümayiş etdirmişik. Pley-offa vəsiqə qazanması münasibətilə Rusiyanı təbrik edirik. Sabah yaxşı rəqib olmaq istəyirik.
- Sizə elə gəlmir ki, rusların almanlara uduzması işimizi asanlaşdırıb?
- Əksinə, bu, bizə çətinlik yaradıb. Qus Hiddinki yaxşı tanıyıram, o, cavan futbolçulara üstünlük verəcək. Onun komandası Bakıda təzyiq altında olmayacaq, sərbəst oyun nümayiş etdirəcək. Əgər dünya çempionatına vəsiqənin sahibi bilinməsəydi, rusiyalılar həm Azərbaycan yığmasına, həm də təzyiqə qarşı oynamalı olacaqdılar.
- Sabah meydana çıxacağı sual altında olan Vüqar Nadirov və Elvin Məmmədovun alternativlərini müəyyənləşdirmisinizmi?
- Bəli. Alternativ qismində Cavid Hüseynov çıxış edə bilər. Lazım gələrsə, U-21-dən yığmaya futbolçular dəvət edəcəyik. Bununla bağlı yekun qərarı axşam qəbul edəcəyik
- AFFA-nın I vitse-prezidenti Rauf Əliyev sizinlə daha iki illiyə müqavilə bağlamağın məqsədəuyğunluğunu bildirib. Lakin bir şərtlə ki, Azərbaycanda bir qədər də çox vaxt keçirəsiniz. Bu şərti qəbul etməyə hazırsınızmı? Ümumiyyətlə, yeni razılaşma imzalayacaqsınızmı?
- Müqaviləyə görə suallara cavab vermək istəmirəm. Siz bilirsinizmi ki, mən burada nə qədər oluram və hansı oyunlara baxıram?
- Hər halda, AFFA-nın I vitse-prezidenti ölkədə çox olmağınızı arzulayıb...
- AFFA-nın baş katibi Elxan Məmmədov buradadır, ondan soruşa bilərsiniz ki, burada nə qədər oluram, hansı oyunlara baxıram.
- Yığmanın futbolçusu Aleksandr Çertoqanov bukmeker kontorunda totalizator oyunlarında pul udub. Futbolçularımızın belə işlərlə məşğul olmasına münasibətiniz necədir?
- Bunu onun özündən soruşmağınız lazımdır. Mənə həm meydanda, həm də kənarda yaxşı keyfiyyətlərə malik futbolçu lazımdır.
- Əgər sizə dünyanın ən yaxşı məşqçilərini müəyyənləşdirmək işi tapşırılsaydı birinci yerdə kimi göstərərdiniz: Berti Foqtsu, yoxsa Qus Hiddinki?
- Yoahim Lövü. Çünki onun rəhbərlik etdiyi Almaniya yığması dünya çempionatına birbaşa vəsiqə qazandı. O, mənim şagirdimdir. Bununla yanaşı, Qus Hiddink də mənim gözəl dostlarımdan biridir.
- Rusiyaya qarşı oynayacaq ilk “11-lik” məlumdur?
- Start heyətini özüm bilmirəm. Komandada bir-iki problem var. 4 günə 2 oyun keçirmək çətindir.
- Cəzası başa çatmış Samir Abbasov forma geyinəcəkmi, yoxsa yenə komandanın kapitanı Mahir Şükürov olacaq?
- Samir artıq sıraya dönüb və sabah kapitan o olacaq.
- Rəsmi matçlarda yığmamızın ilk səfər qələbəsi qazandıran baş məşqçi kimi Azərbaycan futbol tarixinə düşmüsünüz. Bu barədə nə deyə bilərsiniz?
- Buna görə sevinmirəm. Azərbaycan ilk səfər qələbəsi qazanmaq üçün bu qədər gözləməməli idi. Burada mən tarixə düşdüm, düşmədim fərqi yoxdur. Əsas odur ki, Azərbaycan futbolu inkişaf etsin. AFFA rəhbərliyinin necə əziyyət çəkdiyini görürsünüz. Aşağı yaş qruplarından ibarət komandalarda uğur qazanırlar. U-19 parlaq nailiyyətlərə imza atdı. Təəssüf ki, U-21-in bəxti gətirmədi.
- Sizin növbəti dəfə futbolumuzun tarixinə düşməyiniz üçün daha bir şansınız var. İndiyədək seçmə mərhələdə maksimum 5 xal toplamışıq. Əgər Rusiyanı məğlub etsək, ən çox xal toplamış məşqçiyə çevriləcəksiniz. Ruslara qalib gələcəyimizə söz verirsinizmi? Azarkeşlər bunu gözləyir.
- Bizim rəqib dünyanın ən güclü kollektivlərindən biridir. İstəmirəm ki, sabah ilk qolu buraxaq və azarkeşlər bizi fitə bassınlar. Bizim cavan komandamız var. Onlar 4 gündə 2 oyun keçirməyə öyrəşirlər. Onların öz klublarına qayıtdıqdan sonra az məşq etmələrəni istəmirəm. Azarkeşlərə isə söz verirəm ki, 90 dəqiqə layiqli müqavimət göstərib, yaxşı nəticə əldə edəcəyik.
Futbol
London derbisində “Arsenal” “Çelsi”ni məğlub edib
İspaniya La Liqası: “Barselona” səfərdə “Valensiya”nı darmadağın edib
Türkiyə Super Liqası: "Fənərbaxça" öz meydanında "Beşiktaş"a məğlub olub
La Liqa: “Real Madrid” bu mövsüm ilk məğlubiyyətini alıb
Xəbər Lenti
İran: Hörmüz boğazında yeni koridorla bağlı saziş imzalanacaq
Cənubi Koreya, ABŞ və Yaponiya hərbi təlimlərə başlayıb
"Amazon"un yük təyyarəsi Mayami hava limanı yaxınlığında qəzaya uğrayıb, 5 nəfər ölüb - YENİLƏNİB
Tramp Ayın ABŞ-ın mülkiyyəti olduğunu açıqlayıb
Syerra-Leonenin sabiq prezidenti sürgündən qayıdıb
Tramp əvvəl Putin, daha sonra isə Zelenski ilə telefonla danışacaq
Böyük Britaniya La-Manşda 140 qanunsuz miqrantın olduğu qayığı saxlayıb
Sabiq Pentaqon rəhbəri: ABŞ-İran münaqişəsi daha 6 ay davam edə bilər
Uitkoff: Rusiya ilə danışıqlar olmadan sülh şansı azdır
Türkiyənin qadın voleybol millisi Avropa çempionu olub
Şimali Kiprdə batan gəmidə itkin düşən daha 1 nəfərin meyiti tapılıb
Nepalda sel fəlakətində ölənlərin sayı 1344-ə çatıb
Şəmkirdə evdə 35 yaşlı kişinin meyiti tapılıb
London derbisində “Arsenal” “Çelsi”ni məğlub edib
İspaniya La Liqası: “Barselona” səfərdə “Valensiya”nı darmadağın edib
Şəkidə piyadanı avtomobil vurub öldürüb
Zelenski Rusiya ilə danışıqlar prosesinin bərpa olunduğunu bildirib
Kuşner: Tramp Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı yeni təkliflər paketinin hazırlanmasını tapşırıb
Kabardin-Balkariyada alpinistlər qar uçqununun altında qalıb
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 4362 nəfərə çatıb
Husilər Səudiyyə Ərəbistanına məxsus PUA-nı vurduqlarını açıqlayıblar
Ucarda yük avtomobili yanıb
Zelenskinin Uitkoff və Kuşnerlə görüşü başa çatıb, “Avropa üçlüyü”nün iştirakı ilə ikinci raund olacaq- VİDEO - YENİLƏNİB-1
Yağış yağacaq, leysan olacaq, dağ çaylarından sel keçəcək - XƏBƏRDARLIQ
Prezidentin sosial şəbəkə hesablarında HDQ qərargahını ziyarəti ilə bağlı paylaşım edilib
Dehlidə yataqxana binası uçub, 3 nəfər ölüb, 50 nəfər dağıntılar altında qalıb - VİDEO
İsrail Livanın cənubuna aviazərbə endirib, ölənlər var - YENİLƏNİB-1
Rusiyadan Honq Konqa qızıl tədarükü rekord həddə çatıb
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Şahin Mustafayev iranlı nazirlə dəmir yolu tikintisini müzakirə edib
Budanov: “Avropa üçlüyü”nün nümayəndələri Kiyevə gəlib
Lavrov: Almaniya yenə müharibə istəyir
Roma Papası Ukrayna münaqişəsinin nizamlanması üçün yeni cəhdlərin uğurlu olmasını arzulayıb
Tibetdə torpaq sürüşməsində ölənlərin sayı 43 nəfərə çatıb, 519 nəfər itkin düşüb
Prezident İlham Əliyev Hərbi Dəniz Qüvvələrində olub - FOTO - VİDEO
Çester divarlarından Çörçillin heykəlinə: Britaniyanın tarixi irsi hansı təhlükələrlə üzləşir? - ARAŞDIRMA
Naxçıvanda zəncirvari qəza olub, xəsarət alanlar var - FOTO
ABŞ-də milli irs vandalizmdən necə qorunur? - TƏHLİL
Buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün əlavə imtahan keçirilib
Qubada yol qəzasında 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb - YENİLƏNİB
Almaniyanın Kil şəhərində aşkarlanan bombaya görə 5 mindən çox insan təxliyə ediləcək
Sabah yağış yağacaq, leysan olacaq
Türkiyədə tarixi abidələrin vandalizmə məruz qalması ciddi problemə çevrilib - FOTO
Astarada başına boru düşən Cəlilabad sakini ölüb
Prezident İlham Əliyev Esvatini Kralını Müstəqillik Günü münasibəti ilə təbrik edib
Misirdə keçmiş televiziya aparıcısı ölüm cəzasına məhkum edilib
BDYPİ gözlənilən hava şəraitində sürücülərə diqqətli olmağı tövsiyə edib
Yəməndə hökumət qüvvələri hücuma keçib, husilər strateji rayona nəzarəti itirib
Kreml Putin-Uitkoff-Kuşner danışıqlarının detallarını açıqlayıb
Dağlıq və dağətəyi ərazilərdə qısamüddətli yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA