Bank Of Baku

Kəmaləddin Heydərov Dünya Taekvondo Federasiyasının vitse-prezidenti seçilib

Kəmaləddin Heydərov Dünya Taekvondo Federasiyasının vitse-prezidenti seçilib
# 13 oktyabr 2009 19:07 (UTC +04:00)
Toplantı çərçivəsində növbəti 4 il müddəti üçün Dünya Taekvondo Federasiyasının rəhbərliyinə seçkilər də keçirilib.

Çunqvon Co növbəti 4 il müddətinə Dünya Taekvondo Federasiyasının prezidenti seçilib.

Daha üç nəfər isə vitse-prezident seçilib. Federasiyanın vitse-prezidentliyinə Misir, İtaliya, Azərbaycan, Avstrya və Böyük Britaniya nümayəndələrinin namizədliyi olub.

Namizədlər arasından olan Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov növbəti dörd il müddətinə Dünya Taekvondo Federasiyanın vitse-prezidenti seçilib.

Digər iki vitse-prezident yerini isə Misir nümayəndəsi Əhməd Foli ilə İtaliyanı təmsil edən Sun Caepark tutub.

Qeyd edək ki, K. Heydərov bundan əvvəlki dönəmdə də Dünya Taekvondo Federasiyasının vitse-prezidenti olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR