Bank Of Baku

Rüştü Recber Türkiyə yığmasında karyerasını başa vurur

Rüştü Recber Türkiyə yığmasında karyerasını başa vurur
# 14 oktyabr 2009 08:00 (UTC +04:00)
Bakı – APA. Dünya çempionatının seçmə qrup mərhələsində uğursuzluğa düçar olan Türkiyə futbol yığmasında daha bir ayrılıq gerçəkləşir. Apasport.az saytının məlumatına görə, qapıçı Rüştü Recber milli komandadakı karyerasını başa vurmaq qərarına gəlib.

“Ötən il Avropa çempionatından sonra yığma ilə vidalaşmışdım. Lakin baş məşqçi Fatih Terim yenidən komandaya dəvət etdi və mən də qayıtdım. İndi isə Terim istefa verdiyindən, Ermənistanla oyun mənim üçün son matç olacaq. Bununla belə, mili komandanı buraxmaq olar, amma geri çağırıldığın zaman qayıtmalısan” - deyə Rüştü vurğulayıb.

Qeyd edək ki, bu gün Bursada Ermənistanla keçiriləcək qarşılaşma “ay-ulduzlular”ın baş məşqçisi Fatih Terimin öz vəzifəsində son görüşü olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR