Bank Of Baku

“Akkord-Azərbaycan” komandası dünya çempionatında 3-cü yeri tutub

“Akkord-Azərbaycan” komandası dünya çempionatında 3-cü yeri tutub
# 16 oktyabr 2009 23:25 (UTC +04:00)
Bakı – APA. Oktyabrın 9-11-də Macarıstanın Eqer şəhərində məşhur yapon karate-do ustadı Qiçin Funakoşinin şərəfinə təşkil olunmuş karate-do üzrə dünya çempionatı keçirilib. 55 ölkədən 100-dən artıq komandanın iştirak etdiyi çempionatda Azərbaycanı iki komanda – “Akkord” Şirkətlər Qrupunda çalışan idmançılardan ibarət “Akkord-Azərbaycan” və AKFA Qaradağ rayon “Neftçi” idman-sağlamlıq mərkəzinin komandası təmsil edib.

“Akkord”un İctimaiyyətlə Əlaqələr Departamentindən APA_ya verilən məlumata görə, “Akkord-Azərbaycan” komandası yarışa 8 nəfərlik heyətlə qatılıb. Dördqat dünya çempionu, 4-cü dan qara kəmər sahibi Rafael Məmmədovun məşqçisi olduğu komandanın üzvləri bu çempionatda həm şəxsi, həm də komanda çıxışlarında böyük uğur əldə ediblər. Komandanın kapitanı Emil Xasıyev başda olmaqla digər üzvlər – Rəşad Hüseynov, Famil Səfiyev, Vüsal İsrafilov, Məharət Musayev, Fuad Qəribov, gənc idmançı Nicat Əsgərovun daxil olduğu komanda çempionatda hər kəsin xüsusi diqqətinə səbəb olan döyüş nümayiş etdirməklə layiqli mükafatlar və böyük tamaşaçı sevgisi qazanıblar.

Finala doğru yolda ciddi hakim ədalətsizliyi ilə qarşılaşan komanda ümumi hesabla çempionatda 3-cü yeri qazanmağa nail olub (“Akkord-Azərbaycan” komandasının haqlı etirazını digər ölkələrdən olan nümayəndələr də dəstəkləyib və nəticədə yarışın Azərbaycan idmançılarına qarşı haqsızlıq edən baş hakimi öz vəzifəsindən kənarlaşdırılıb). Komandanın gənc üzvü Nicat Əsgərov şəxsi kumite yarışında bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və “Akkord-Azərbaycan”a bu çempionatın qızıl medalını qazandırıb. Veteran idmançılar arasında keçirilən yarışa qatılan məşqçi Rəfael Məmmədov bu kateqoriyada 3-cü yeri tutub. Bundan başqa, komanda üzvü Vüsal İsrafilov da şəxsi yarışlarda bürünc medal qazanıb. Ümumi komanda hesabında daha 7 bürünc medal qazanan “Akkord-Azərbaycan” vətənə 1 qızıl və 9 bürünc medalla dönüb.

Çempionatda iştirak edən AKFA “Neftçi” komandası da bu yarışda “Akkord-Azərbaycan”la birlikdə 3-cü yerə layiq görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR