Bank Of Baku

Azərbaycanın 4 futbolçusu “Bavariya” klubunun düşərgəsinə yollanıb

Azərbaycanın 4 futbolçusu “Bavariya” klubunun düşərgəsinə yollanıb
# 02 noyabr 2009 12:43 (UTC +04:00)
Bakı - APA. Almaniyanın “Bavariya” klubunun düşərgəsində hazırlıq keçən azərbaycanlı futbolçuların sayında və heyətində dəyişikliklər edilib. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, assosiasiya ilə Münhen təmsilçisi arasında mövcud əməkdaşlıq çərçivəsində aşağı yaş qruplarından ibarət Azərbaycan yığma komandalarının 4 futbolçusu Almaniyada məşqlərə başlayıb. Həmin razılığa əsasən, U-17-dən Hacı Əhmədov və Rəhman Hacıyev, U-19-dan isə Tərlan Quliyev və Tural İsgəndərov noyabrın 1-dən dekabrın 8-dək “Bavariya” klubunun bazasında təlim-məşq toplanışında iştirak edəcək.

Xatırladaq ki, ilkin olaraq 4 deyil, 2 həmyerlimizin Münhenə yollanacağı planlaşdırılırdı. 19 yaşadək futbolçulardan ibarət yığmanın və Bakının “Neftçi” komandasının üzvləri - yarımmüdafiəçi Mirhüseyn Seyidov və müdafiəçi Tərlan Quliyev “Bavariya”nın düşərgəsinə yollanmalı idi. Quliyevdən fərqli, Seyidov siyahıdan çıxarılıb və onun əvəzinə daha 3 oyunçu Almaniyaya üz tutub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR