Bank Of Baku

Çempionlar Liqasında 4 klub vaxtından qabaq 1/8 finala yüksəlib

Çempionlar Liqasında 4 klub vaxtından qabaq 1/8 finala yüksəlib
# 04 noyabr 2009 08:06 (UTC +04:00)
Bakı - APA. UEFA Çempionlar Liqasının qrup mərhələsində IV turun matçları keçirilib. Apasport.az saytının məlumatına görə, A, B, C və D qruplarının oyunları qonaqların üstünlüyü şəraitində baş tutub. Belə ki, 8 qarşılaşmanın 4-ü qonaq komandanın qələbəsi ilə nəticələnib. Yalnız bir görüşdə ev sahibi qalib gəlməyi bacarıb. Bu oyunlardan sonra 4 klubun 1/8 finala yüksəldiyi dəqiqləşib. Bunlar “Çelsi”, “Mançester Yunayted” (hər ikisi İngiltərə), “Portu” (Portuqaliya) və “Bordo” (Fransa) komandalarıdır. Qarşıdakı iki tur adıçəkilən komandaların birinci, yoxsa ikinci pilləni tutması baxımından əhəmiyyət daşıyacaq. E, F, G və H qruplarında isə IV turun görüşləri bu gün keçiriləcək.

Çempionlar Liqasının qrup mərhələsi, IV tur

A qrupu


“Bavariya” – “Bordo” - 0:2
QOLLAR: Qurkuff, 37; Şamax, 90

“Makkabi” – “Yuventus” - 0:1
QOL: Kamoranezi, 45

B qrupu

“Mançester Yunayted” – MOİK -3:3
QOLLAR: Ouen, 29; Pol Skoulz, 84; Valensiya, 90 - Caqoyev, 25; Krasiç, 30; Berezutski, 47

“Beşiktaş” – “Volfsburq” - 0:3
QOLLAR: Misimoviç, 14; Qentner, 80; Edin Ceko, 87

C qrupu

“Milan” – “Real” - 1:1
QOLLAR: Ronaldinyo, 34 (pen.) - Benzema, 29

“Marsel” – “Sürix” - 6:1
QOLLAR: Aegerter, 3 (avtoqol); Abriel, 11; Mamadu Nyanq, 52; Hilton 80; Şeyru, 88; Brandao, 90 - Alfonse, 31

D qrupu

APOEL – “Porto” - 0:1
QOL: Falkau, 84

“Atletiko” – “Çelsi” - 2:2
QOLLAR: Serxio Aquero, 66: 90 - Didye Droqba, 82; 88
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR