Bank Of Baku

39 yaşlı futbolçu meydanda dünyasını dəyişdi - FOTO

39 yaşlı futbolçu meydanda dünyasını dəyişdi - <font color=red>FOTO</font>
# 09 noyabr 2009 09:21 (UTC +04:00)
Bakı – APA. Yaşıl meydanlarda daha bir faciə baş verib. Apasport.az saytının məlumatına görə, 39 yaşlı macarıstanlı futbolçu Lajos Takaş dünyasını dəyişib.

Onun son klubu Macarıstanın 3-cü liqasında mübarizə aparan “Martonvasar” klubu olub. Şərəfini qoruduğu komandanın heyətində növbəti çempionat matçının ardından paltardəyişmə otağında Takaşın vəziyyəti pisləşib. Daha sonra durumu yaxşılaşan futbolçu xəstəxanaya getməkdən imtina edib. Ancaq 1 saat sonra onun ürəyi dayanıb və gözlərini əbədi yumub.

Qeyd edək ki, Takaş “Martonvasar”dan öncə Macarıstanın tanınmış “Videoton”, MTK və “Sopron” klublarının formasını geyinib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR