Bank Of Baku

AFFA Berti Foqtsun müqaviləsinin müddətini artırdı

AFFA Berti Foqtsun müqaviləsinin müddətini artırdı
# 10 noyabr 2009 07:30 (UTC +04:00)
Apasport.az saytının məlumatına görə, assosiasiyanın prezidenti Rövnəq Abdullayev 63 yaşlı mütəxəssislə görüşərək, onun ötən dövr ərzindəki fəaliyyəti barədə hesabatını və gələcək üçün fəaliyyət proqramını dinləyib. Görüşdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov də iştirak edib. Müzakirələrdən sonra qərara alınıb ki, Berti Foqtsla müqavilənin müddəti daha 2 illiyə uzadılsın. Başqa sözlə, almaniyalı çalışdırıcı 2011-ci ilin dekabrınadək milli komandamızın baş məşqçisi işləyəcək.
Qeyd edək ki, Foqts 2008-ci ilin aprelində yığmamızın baş məşqçisi təyin olunub. Onunla əvvəlki razılaşma müddəti bu ilin dekabrında başa çatmalı idi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR