Bank Of Baku

Türkiyə milli komandasının yeni baş məşqçisi Yoahim Löv ola bilər

Türkiyə milli komandasının yeni baş məşqçisi Yoahim Löv ola bilər
# 10 noyabr 2009 15:27 (UTC +04:00)
Bakı – APA. Türkiyə milli komandasının yeni baş məşqçisi Yoahim Löv ola bilər. Apasport.az saytının məlumatına görə, ötən seçmə mərhələdə Azərbaycan yığmasını hər iki görüşdə məğlub edən (4:0 və 2:0) Bundestimin 48 yaşlı çalışdırıcısı Türkiyəyə qayıtmağa yaxındır.

Vaxtilə “Fənərbaxça” və “Adanaspor” klublarını çalışdıran Löv Fatih Terimin gedişindən sonra “ay-ulduzlular”ın vakant qalan baş məşqçi postuna əsas namizəddir. Yerli mətbuat Türkiyə Futbol Federasiyasının Lövlə danışıqlar apararaq, böyük ölçüdə anlaşdığı və rəsmi müqavilənin yaxın vaxtda imzalanacağını yazıb. Ancaq bu xəbərlər rəsmən təsdiqlənməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR