Bank Of Baku

Azərbaycan yığmasına qol vuran futbolçunun ailəsində “donuz qripi” aşkarlanıb

Azərbaycan yığmasına qol vuran futbolçunun ailəsində “donuz qripi” aşkarlanıb
# 12 noyabr 2009 15:06 (UTC +04:00)
Bakı – APA. Almaniya milli komandasının və “Bavariya”nın futbolçusu Miroslav Klozenin ailəsi “donuz qripi”nə tutulub. Apasport.az saytının məlumatına görə, iki əkiz övladı və həyat yoldaşı A/H1N1 virusuna yoluxduqdan sonra 31 yaşlı hücumçuda da eyni xəstəlik aşkarlanıb. Buna görə də Kloze şərəfini qoruduğu klubun, eləcə də yığmanın məşqlərindən kənarlaşdırılıb. Onun noyabrın 15-də Robert Enkenin dəfn mərasimində və noyabrın 18-də Almaniya - Kot-d’İvuar yoldaşlıq görüşündə iştirak edib-etməyəcəyi bilinmir.

Qeyd edək ki, Kloze dünya çempionatının seçmə qrup mərhələsində avqustun 12-də və sentyabrın 9-da Azərbaycan milli komandasına qarşı keçirilən hər iki oyunda forma geyinib. Bakıda yığmamızın qapısına bir qol vuran (0:2) Miroslav Hannoverdə dubla imza atmışdı (0:4).
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR