Bank Of Baku

İraqa uduzan Azərbaycan milli komandasının növbəti rəqibi müəyyənləşib

İraqa uduzan Azərbaycan milli komandasının növbəti rəqibi müəyyənləşib
# 16 noyabr 2009 08:02 (UTC +04:00)
Əl-Ayn - APA. Futbol üzrə Azərbaycan milli komandası Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) təşkil olunan beynəlxalq turnirdə ilk görüşünü keçirib. Apasport.az saytının Əl-Ayn şəhərinə ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, Berti Foqtsun rəhbərlik etdiyi kollektiv Asiya çempionu İraqla qüvvəsini sınayıb.

BƏƏ-nin Əl-Ayn şəhərinin “Tahnoun Bin Mohammed” stadionunda baş tutan matçda yığmamız minimal hesabla uduzub. İraqlılar yeganə qolu 89-cu dəqiqədə Bassam Abbasın sayəsində vurublar. Bununla da, komandamız yarışın finalına çıxmaq şansını itirib. Foqtsun yetirmələri 3-cü yer uğrunda görüşdə BƏƏ-yə oyunsonrası penaltilər seriyasında uduzmuş Çexiya ilə qarşılaşacaq. Matç noyabrın 18-də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR