Bank Of Baku

Berti Foqts azərbaycanlı jurnalistlərlə nahar edib

Berti Foqts azərbaycanlı jurnalistlərlə nahar edib
# 17 noyabr 2009 11:04 (UTC +04:00)
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts bu gün azərbaycanlı jurnalistləri nahara dəvət edib. Apasport.az saytının Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əl-Ayn şəhərinə ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, 63 yaşlı almaniyalı mütəxəssis, yığmanın futbolçuları və media təmsilçiləri birgə nahar ediblər.

Nahara Azərbaycandan Əl-Ayna ezam olunmuş jurnalistlər qatılıblar. Müxtəlif təamlardan dadan qələm əhli Foqts və onun yetirmələri ilə səmimi söhbət ediblər. Nahar yığmamızın da məskunlaşdığı Əl-Aynın “Hilton” otelində baş tutub. Yemək süfrəsindən də AFFA rəhbərliyinin milli komandaya bütün şəraiti yaratdığı nəzərə çarpıb.

Qeyd edək ki, yığmamız BƏƏ-yə beynəlxalq turnirdə iştirak məqsədilə səfər edib. Yarış çərçivəsində noyabrın 15-də İraqa uduzan (0:1) komandamız sabah Çexiya ilə görüşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR