Azərbaycan yığmasının futbolçusu: “Bəzi ağzıgöyçəklərə həqiqəti sübut etmək istəyirəm”
- İraqla oyundan sonra baş məşqçi əsas heyət üzvlərinə istirahət verdi. Hər şey qaydasındadır. Komandamızı çox ciddi sınaq gözləyir. Çünki rəqib Avropanın seçilən kollektivlərindəndir.
- Çexlər bu turnirə heç də əsas heyətlə gəlməyiblər. Bunu yığmamız üçün üstünlük saymaq olarmı?
- Onlar üçün əsas və ya əvəzedici heyətin fərqi yoxdur. Əksinə, ikinci heyətə qarşı çıxış edəndə, işimiz bir qədər də çətinləşir. Oynamaq şansı qazanan hər bir futbolçu fürsətdən maksimum istifadə etməyə çalışır. Belə şeyləri üstünlük saymağımız ağılsızlıq olardı.
- Foqts İraqla görüşdən sonra komandasının son oyunda çexlərə qarsı çıxış etməsini istəmişdi. Siz də bu fikirdə idiniz?
- Təbii ki, mən də baş məşqçimizin fikirləri ilə razıyam. Çexiya çox güclü komandadır, tez-tez dünya və Avropa çempionatlarında mübarizə aparır. Bizim belə kollektivə qarşı oynamağımız əlavə üstünlükdür. Çünki həmin rəqiblərlə oyunda təcrübəmiz də artır. İstəyimin həyata keçməsinə görə çox sevinirəm. Nəyə qadir olduğumuzu çexlərə sübut etməliyik.
- İlk hissədə mükəmməl futbol nümayiş etdirsəniz də, İraqla qarşılaşmadan məğlub ayrıldıq...
- Birinci hissədə bir neçə əlverişli vəziyyət yaxaladıq. Hətta özüm real qol şansından yararlana bilmədim. Oyundan sonra çoxları bildirdi ki, həmin epizodda yerə yıxılsaydın, hakim iraqlıların qapısına 11 metrlik cərimə zərbəsi təyin edəcəkdi. Ancaq Foqts özümü yerə atmadığıma və idmançıya xas hərəkət etdiyimə görə mənə tərif yağdırdı. Sözün düzü, yıxılmaq heç ağlımdan da keçmədi. İstədim ki, topu qəbul edəndən sonra qapıçını sağ ayağımla aldadıb, o biri ilə zərbə endirim. Ancaq alınmadı. Bundan başqa Fabio və Danielin də qol vurmaq imkanları oldu. İkinci hissədəki şansları da dəyərləndirə bilməyincə, “vurmayana vurarlar” prinsipi işə düşdü və nəticədə məğlub olduq.
- Xüsusilə sizin əldə etdiyiniz əlverişli qol epizodunda topu tora qovuşdurmamağınızı heç cürə başa düşə bilmədik. Topu qapıçının başı üzərindən atmaq kimi asan yoldan imtina edərək, ən çətini seçdiniz...
- Düz buyurursunuz. Həmin vəziyyətdə ağlıma iki fikir gəldi. İlk anda topu tək toxunuşla qapıya vurmaq istədim. Lakin sonradan ağlıma başqa fikir gəldi ki, ən yaxşısı qapıçını aldadıb fərqlənim. Lakin rəqib daha diqqətli oynayaraq, fərqlənməyimə imkan vermədi. İndi düşünürəm ki, kaş fikrimi dəyişməzdim.
- Fikrinizi dəyişməyə Ronaldinyosayağı qol vurmaq istəyi səbəb oldu, yoxsa ikinci ideyanın daha effektli alınacağını zənn etdiniz?
- Nə deyim vallah, konkret cavab istəyirsinizsə, hər ikisini deyərdim.
- Milli komandada nə vaxtsa bir hissə ərzində iki qol şansı əldə etdiyiniz vaxt olubmu?
- (fikirləşir) Yox, belə bir şey olmamışdı.
- İraq futbolçularının hərəkətlərinə diqqətlə fikir verərkən, onların bizə qarşı sanki həvəssiz çıxış etdiyini görmək mümkün idi. Bəlkə komandamıza ciddi yanaşmırdılar?
- Bu fikirlə razılaşmıram. Ola bilsin, onlar bizim oyunumuzu görmədiklərindən, bir qədər ehtiyatlanırdılar. Çox qüvvə ilə irəli atılıb, işlərini çətinə salmaq istəmirdilər. Həm də bizim ilk dəqiqələrdən mübarizə aparmağımız və pressinq tətbiq etməyimiz rəqibi çaş-baş salmışdı. Lakin havanın həddən artıq isti olması uşaqları halsız etmişdi. Matçdan öncə isinmə hərəkətləri edib, paltardəyişmə otağına yollanarkən, futbolçulardakı halsızlıq öz sözünü deyirdi. Baş məşqçi də qeyd etdi ki, sizin üçün çətin olduğunu bilirəm. Ancaq çıxıb, öz oyununuzu göstərməlisiniz.
- Yarışdan öncə bir çox futbol mütəxəssisləri bu turnir haqda müxtəlif fikirlər səsləndirirdilər. Kimisi nəticənin, kimisi isə gələcəyin komandasını qurmağın vacibliyindən danışırdı. Bəs siz hansı fikirdə idiniz?
- Fikrimcə, gözəl futbol olan yerdə nəticə də olur. Mən öz adımdan deyə bilərəm ki, əsas istəyim bu turnirdə layiqli yerlərdən birinə sahib olaraq, evə gülərüzlə qayıtmaqdır. Qarşılaşma Azərbaycanda da yayımlandığından, hər kəs çıxışımızı izləyirdi. İstəmirdim sabah yolda kimsə mənimlə üz-üzə gələndə desin ki, gedib Dubay turnirində biabır olub gəldilər. Kim nəticənin vacib olmadığını deyirsə, onunla razı deyiləm. Ancaq digər tərəfdən, belə yarışlar növbəti seçmə mərhələyə hazırlaşmaq üçün bizə çox fayda verəcək.
- Rəşad Sadıqov və Samir Abbasovun yoxluğunda kapitan sarğısı sizə həvalə olunub. Belə ağır yükün altında özünüzü necə hiss edirsiniz?
- Bildiyiniz kimi, ilk dəfə Lixtenşteynə qarsı oyunda bu vəzifəni icra etmişdim. Açığı, o zaman bir qədər həyəcan var idi. Şükürlər olsun ki, indi hər şey qaydasındadır. Uşaqlar da sağ olsunlar ki, sözümə qulaq asırlar.
- Müxtəlif vaxtlarda yaxşı oynasanız da, tez bir zamanda gözdən itirdiniz. Lakin son vaxtlarda həm “İnter”, həm də yığmanın heyətində ən yaxşılardansınız. Belə yüksək səviyyədə çıxış etməyinizi nə ilə əlaqələndirərdiniz?
- Əvvəllər nizam-intizama o qədər də fikir vermirdim. Sonra Berti Foqtsla söhbətim oldu. O, mənə çox şeyləri başa saldı və mən də dərk etdim ki, futbolçunun bütün keyfiyyətləri müsbət olmalıdır. Əvvəllər bir qədər ərköyün idim. Ancaq indi meydana çıxıb, öz oyunumu göstərirəm. Alman məşqçinin məndən çox şey gözlədiyini bilirəm. Ona görə çalışıram ki, Foqtsun istədiyi kimi olum, komandama fayda verim. Son vaxtlar məndən razı olduğunu hiss edirəm.
- Ötən mövsümün gedişində “Bakı” ilə görüşdə “Fair play” qaydalarını pozmuşdunuz. Yayda Trnava “Spartak”ı ilə qarşılaşmada isə rəqib oyunçunun ayağına arxadan zərbə endirdiniz. Bütün bunlar xasiyyətinizlə bağlıdır, yoxsa sizi təxribata çəkirlər?
- Məğlub olmağı sevmirəm. Ona görə özümdən asılı olmadan belə hallar baş verir. İnsanıq da, bir də görürsən ki, şeytan yoldan çıxarır. İnsanıq da, hər birimiz səhv edə bilərik. Bir dəfə hansısa səhvə yol verirəm, üstündən heç 5 dəqiqə keçməmiş fikirləşirəm ki, mən niyə belə elədim? Etdiklərim arxada qaldı. Çalışacağam ki, bundan sonra həmin hərəkətlər bir də təkrarlanmasın.
- Son vaxtlar Moskva “Dinamo”suna transfer oluna biləcəyinizlə bağlı müxtəlif söz-söhbətlər dolaşmaqdadır...
- Hazırda “İnter” klubu ilə müqaviləm var. Ancaq bir neçə komanda xidmətimdə maraqlıdır. Sadəcə, adlarının açıqlanmasını istəmirlər. Açığı, ”Dinamo” məsələsini mətbuatdan oxumuşam. Vallah, heç xəbərim olmayıb. Bildiyimə görə, danışıqlar gedir. Artıq 3-4 oyun diskimi də onlara göndərmişəm. Əvvəllər də legioner həyatı yaşadığımdan, hansısa çətinliklə üzləşə biləcəyimi düşünmürəm.
- Hər bir futbolçunun xəyalında oynamaq istədiyi klub var. Bəs siz özünüzü harada çıxış etməyə hazır sayırsınız?
- (fikirləşir) Yalan demiş olaram. Ancaq belə baxanda, mən əsasən güc futboluna üstünlük verdiyimdən, Rusiya çempionatında oynaya bilərəm.
- Eşitdiyimizə görə, müxtəlif klublar sizi baxışdan keçirmək istəyində olub. Siz isə bununla razılaşmırsan...
- Bəli, düz eşitmişsiniz. Yığmanın şərəfini qoruyan hansısa təcrübəli futbolçunun baxışa yollanmasını normal qəbul etmirəm. Özümüzü niyə aldadırıq ki? Adımıza hörmət qoymalıyıq. Nəyə görə hansısa ölkədə deməlidirlər ki, Azərbaycan yığmasının oyunçusu filan klubda baxışdadır? Milli komandanın heyətindəki çıxışımı izləyiblərsə, yoxlanışa ehtiyac yoxdur. Gəlsinlər, oturub müqavilə sərtlərini müzakirə edib, müqavilə imzalayaq.
- İndiyədək neçə klubun təklifindən imtina etmisiniz?
- Ad çəkməyim düzgün olmaz. Ancaq 2-3 belə komandanın olduğunu deyə bilərəm. Əsasən Rusiya, Ukrayna və Türkiyə çempionatlarının ortabablarından olub.
- Qarşıdakı seçmə mərhələdə rəqib kimi görmək istədiyiniz 5 komandanın adini çəkə bilərsən?
- Rusiya ilə qarşılaşmadakı heç-heçəni çoxları danışılmış oyun kimi qələmə verirdi. Ona görə də ruslarla yenidən qarşılaşıb, bəzi ağzıgöyçəklərə həqiqəti sübut etmək istəyirəm. Rəqib futbolçular Bakıya gəlməmişdən öncə öz mətbuatlarına verdiyi açıqlamalarda bura gəzintiyə gəldiklərini bildirirdilər. Lakin biz sübut etdik ki, bu, belə deyil. Bundan başqa, Finlandiya və Uelslə yenidən qarşılaşıb, onlardan heç də zəif olmadığımızı göstərmək istəyirəm. Lakin almanları arzulamıram. Çünki istəsək belə, onları məğlub etmək hazırda çətin görünür. Lixtenşteynlə də qarşılaşmaq istəmirəm. Artıq güclü rəqiblərlə mübarizə aparmağın vaxtı çatıb. Nəyə qadir olduğumuzu bilməliyik.
Futbol
DÇ-2026: Türkiyə mundialı qələbə ilə başa vurub
DÇ-2026: Niderlanddan qələbə, Yaponiya və İsveçdən bərabərlik
DÇ-2026: Almaniya yığması Ekvadora, Kurasao millisi Fil Dişi Sahilinə məğlub olub
DÇ-2026: F qrupunda son tura start verilir
Xəbər Lenti
Moldova səfiri Rusiya XİN-ə çağırılıb, nota təqdim edilib
Bakıya və rayonlara leysan yağacaq - SABAHIN HAVASI
Həştərxanın vitse-qubernatoru: Biz Azərbaycanın dostlarıyıq və hər zaman onun yanındayıq
Sumqayıtda “Vida yeri-Lələtəpə” sənədli filminin təqdimatı keçirilib - FOTO
Zabil Qəhrəmanovun cinayət işi məhkəməyə göndərilib
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Rusiya nümayəndə heyəti Qubadlıda tikilən uşaq bağçasında görülən işlərlə tanış olub - FOTO
Duma Rusiyanın müdafiəsini sarsıdan korrupsioner məmurlar üçün ölüm hökmü tətbiq etmək istəyir
Türkiyə MN Azərbaycanı Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib
Azərbaycanda bank müştəri hesablarının sayı 18%-dən çox artıb
Ukrayna Rusiyaya kütləvi dron hücumu edib, 700-dən çox PUA vurulub
Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb
Bəzi rayonlarda şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
Xüsusi nümayəndə: Azərbaycan Ordusu NATO standartları ilə yüksək səviyyədə qarşılıqlı uyarlılığa sahibdir
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib - FOTO - YENİLƏNİB
Səfir: Britaniya Azərbaycanla tərəfdaşlığı daha da gücləndirməkdə qərarlıdır
ABŞ-ın SEPAH-la bağlı kiberhücuma görə axtarışa verdiyi İran vətəndaşı Monteneqroda həbs edilib
"Azər Türk Bank"ın şəhid əməkdaşı ordenlə təltif edilib
Azərbaycan nefti bahalaşıb
Azərbaycandan Ermənistana 18 vaqon benzin və 8 vaqon dizel yanacağı göndərilib - FOTO
Naxçıvanda hərbi orkestrin müşayiəti ilə yürüş başlayıb - FOTO
AZAL 2032-ci ilədək donanmasını 50 təyyarəyə çatdırmağı planlaşdırır - VİDEO
FSB Dağıstanda məktəblərə hücum planlaşdıran 17 yaşlı yeniyetməni saxlayıb
Maqdalena Qrono: Aİ Azərbaycan-Ermənistan sülh prosesinə öz dəstəyini davam etdirəcək
Xankəndidə Silahlı Qüvvələrin 108-ci ildönümü ilə əlaqədar hərbi yürüş keçirilir - FOTO
Gəncədə hərbi orkestrin müşayiəti ilə yürüş başlayıb - FOTO
Lənkəranda 26 kiloqram narkotik aşkarlanıb
“Bitcoin”in qiyməti 60 min dollardan aşağı düşüb
FHN: Lənkəranda dağlıq-meşəlik ərazidə itkin düşən 8 nəfər xilas edilib - VİDEO
AEBA rəhbəri: İranın nüvə proqramı üçün ciddi nəzarət mexanizminə ehtiyac var
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
Venesuelada zəlzələdə ölənlərin sayı 235-ə çatıb, 36 min nəfər itkin düşüb - VİDEO - YENİLƏNİB-3
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
DİN: 46 kq narkotik vasitə dövriyyədən çıxarılıb, 9 nəfər həbs olunub - VİDEO
Arzu Nağıyev: Azərbaycan Ordusu müstəqilliyimizin, suverenliyimizin və qələbə əzmimizin ən böyük təminatçısıdır
Əmtəə birjasında təbii qazın dəyəri azalıb
Dünya bazarlarında neft yenidən ucuzlaşıb
Rusiya Ermənistandan bütün balıq məhsullarının idxalını dayandırıb
DÇ-2026: Türkiyə mundialı qələbə ilə başa vurub
Noyer dünya çempionatlarında Maradonanı geridə qoyub
İtaliya və Fransa Livana dəstək koalisiyası yaradacaq
Tramp: İranın dondurulmamış aktivlərinin bir hissəsi ABŞ-nin aqrar məhsullarının alışına yönləndiriləcək
DÇ-2026: Niderlanddan qələbə, Yaponiya və İsveçdən bərabərlik
"Renault" 2027-ci ilədək 800 mühəndisi ixtisar edəcək
Pikassonun tablosu Londonda 1,7 milyon dollara satılıb
Aİ Ukrayna üçün cəlb etdiyi 90 milyard avroluq kreditə görə ildə 3 milyard avro faiz ödəyəcək
ABŞ "Lukoil"in xarici aktivləri üzrə danışıqlara icazəni uzadıb
DÇ-2026: Almaniya yığması Ekvadora, Kurasao millisi Fil Dişi Sahilinə məğlub olub