Bank Of Baku

Azərbaycan milli komandası Çexiyanı məğlub edib

Azərbaycan milli komandası Çexiyanı məğlub edib
# 18 noyabr 2009 15:40 (UTC +04:00)
Əl-Ayn - APA. Futbol üzrə Azərbaycan milli komandası Birləşmiş Ərəb Əmirliklərində təşkil edilmiş beynəlxalq turnirdə 3-cü yeri tutub. Apasport.az saytının Əl-Ayn şəhərinə ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, Berti Foqtsun yetirmələri bu gün Çexiya üzərində inamlı qələbə qazanıblar. Milli komandamız çexləri 2:0 hesabı ilə məğlub edib. Yığmamızın heyətində 25-ci dəqiqədə Vaqif Cavadov, 89-cu dəqiqədə isə Ruslan Abuşov fərqlənib. Bununla da, komandamız 4 kollektivin iştirak etdiyi beynəlxalq turnirdə üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, yığmamız noyabrın 15-də İraqa uduzduğundan (0:1), yarışın finalına vəsiqə qazana bilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR