Bank Of Baku

Azərbaycan futbol yığmasını Dubaydan gətirən təyyarənin uçuşu təxirə salınıb

Azərbaycan futbol yığmasını Dubaydan gətirən təyyarənin uçuşu təxirə salınıb
# 19 noyabr 2009 12:18 (UTC +04:00)
Dubay – APA. Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən beynəlxalq tunirdə 3-cü yeri tutan Azərbaycan futbol yığmasının Vətənə dönüşü yubanır. Apasport.az saytının BƏƏ-yə ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, Dubaydan Bakıya təyyarə reysi 3 saatlıq təxirə salınıb. Saat 13:45-də göyə qalxmalı olan təyyarə hələ də Bakıya doğru istiqamət götürməyib.

Təyyarəyə minən milli komandamızın, eləcə də nümayəndə heyətimizin üzvləri havaya qalxmaq vaxtını gözləyərkən, onlara gözlənilməz xəbər çatdırılıb. Belə ki, ərəblər həmyerlilərimizdən təyyarədən düşməyi tələb ediblər və reysin 3 saat təxirə salındığını bildiriblər. Buna səbəb kimi hərbi paradın keçirilməsini göstəriblər. Başqa sözlə, BƏƏ hərbi təyyarələrinin Dubay səmalarında nümunəvi çıxışları azərbaycanlıların Vətənə qayıdışını yubadacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR