Bank Of Baku

Nikolya Sarkozi futbol matçına görə İrlandiyanın baş nazirindən üzr istəyib

Nikolya Sarkozi futbol matçına görə İrlandiyanın baş nazirindən üzr istəyib
# 20 noyabr 2009 09:04 (UTC +04:00)
Bakı – APA. Futbol üzrə Fransa milli komandasının dünya çempionatının pley-off mərhələsində İrlandiyanın qapısına qaydalar çərçivəsindən kənar qol vurması siyasi arenada da müzakirələrə səbəb olub.

Apasport.az saytının məlumatına görə, Tyerri Anrinin əllə vurduğu qolla fransızların CAR-a vəsiqəsini təmin etməsinə ölkə prezidenti Nikolya Sarkozi də münasibət bildirib. O, İrlandiyanın baş naziri Brayan Koenlə məsələ haqda danışdığını da açıqlayb: “Mən bu oyuna görə Brayan Koendən üzr istədim. Lakin düşünmürəm ki, nəyisə dəyişmək lazımdır”.

Koen isə qarşılaşmanın yenidən keçirilməsini istəyən İrlandiya Futbol Federasiyasını dəstəkləməkdə davam edir: “Bu məsələdə futbol federasiyamızla həmrəy olduğumu bildirmişəm. Məncə, Sarkozi də irlandiyalıların hansı məyusluğu yaşadığını başa düşər. Futbolun əsasını təmiz oyun prinsipləri təşkil etməlidir”.

Qeyd edək ki, ötən həftə Fransa komandası səfərdə İrlandiyanı 1:0 hesabı ilə məğlub etmişdi. Noyabrın 18-də keçirilən cavab görüşündə isə irlandiyalılar eyni hesablı qələbə qazanıblar. Bu səbəbdən əlavə vaxta ehtiyac duyulub. Matçın 103-cü dəqiqəsində fransalı Tyerri Anri topa əllə toxunduqdan sonra komanda yoldaşı Uilyam Qallasa ötürmə verib, sonuncu isə topu qapıya göndərməklə Fransa milli komandasının dünya çempionatına vəsiqə qazanmasını rəsmiləşdirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR