Bank Of Baku

Nazim Süleymanov “Olimpik-Şüvəlan” futbol klubunun baş məşqçisi oldu

Nazim Süleymanov “Olimpik-Şüvəlan” futbol klubunun baş məşqçisi oldu
# 23 noyabr 2009 13:40 (UTC +04:00)
Bakı – APA. Nazim Süleymanov “Olimpik-Şüvəlan” klubunun yeni baş məşqçisi təyin edilib. Bu haqda apasport.az saytına komandanın prezidenti Vaqif Qasımov məlumat verib. Onun sözlərinə görə, təyinat artıq həllini tapıb: “Nazim Süleymanovla sabah münasibətlərimizi rəsmiləşdirəcəyik. Onunla ilk yarımlıq müqavilə imzalayacağıq. Nə qədər ki, mən komandadayam, bizdə əcnəbi mütəxəssis işləməyəcək. Çünki özümüzünkülərə daha çox güvənirəm, nəinki xaricilərə”.

Qeyd edək ki, bu gün istefa verən Əsgər Abdullayevi əvəzləyən Süleymanovun son iş yeri “Bakı”nın gənclərdən ibarət komandası olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR