Bank Of Baku

Qyoko Hacıyevski “Bakı”dan ayrılıb, yeni klubla müqavilə bağladı

Qyoko Hacıyevski “Bakı”dan ayrılıb, yeni klubla müqavilə bağladı
# 27 noyabr 2009 09:20 (UTC +04:00)
Bakı – APA. “Bakı” klubun sabiq baş məşqçisi Qyoko Hacıyevski Azərbaycanı tərk edib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisinə tarixində ikinci çempionluğu qazandıran makedoniyalı mütəxəssis bakılılarla yollarını birdəfəlik ayırıb.

İki ay əvvəl baş məşqçi postundan istefa verərək məsləhətçi kimi komandada qalan Hacıyevski bundan sonra Kiprdə çalışacaq. “Atromitos”la iki illik müqavilə imzalayan çalışdırıcı aşağı dəstə klubunun baş məşqçisi olacaq. Onun qarşısına ötən mövsüm güclülər dəstəsini tərk edən komandanı yenidən elitaya çıxarmaq vəzifəsi qoyulub.

Qeyd edək ki, 2007-ci ilin sentyabrında Bakı“nıən baş məşqçisi təyin olunan Hacıyevski 2 ildən sonra bu ilin sentyabrında istefa verib. Bu müddətdə o kluba çempion titulu qazandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR