Bank Of Baku

Azərbaycan çempionatında 57:0 hesabı qeydə alınıb

Azərbaycan çempionatında 57:0 hesabı qeydə alınıb
# 01 dekabr 2009 08:02 (UTC +04:00)
Bakı – APA. Futzal üzrə Azərbaycan çempionatında yeni rekord qeydə alınıb. Apasport.az saytının məlumatına görə, yarışın IX turunda keçirilən oyunların birində qeyri-adi hesab qeydə alınıb.

“Ekol” - “Abşeron” matçında 57 qol olub. Özü də bütün qollar bir komandanın, “Abşeron”un qapısına vurulub. Turun digər oyununda “Neftçi” “Azmetko”nu minimal fərqlə üstələyib (5:4). UEFA kubokunun “Dördlər finalı”na vəsiqə qazanmış “Araz”ın “Qarabağ veteranları” ilə görüşü isə təxirə salınıb. Hazırda “Araz” 24 xalla zirvədə qərarlaşıb. İkinci pillədə 18 xala malik “Neftçi” yer alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR