Rövnəq Abdullayev: “Berti Foqts belə söz versəydi, onunla müqaviləni dərhal pozardım”
- Tovuzda “Turan”ın “Neftçi”yə 2:3 hesabı ilə uduzması böyük qalmaqala səbəb oldu. Bu məsələyə münasibətiniz necədir?
- Mən AFFA prezidenti seçildikdən sonra əsas meyarımız ədalətli futbol olub. Ədalətli çempionat keçirmək üçün əlimizdən gələni əsirgəmirik. Buna görə çoxlu insanlar cəzalandırıldı, təmizlik işi aparıldı. Hakimlərlə bağlı böyük işlər görüldü, onlara treninq-məşğələlər keçirildi. Bəlkə dünyada heç bir assosiasiya hakimliyin səviyyəsinin artması məqsədilə belə işlər görmür. Hakimlərimiz hər 6 aydan bir xaricdə təlim-məşq toplanışında olurlar. Artıq ədalətli futbol yolunda hakimlərimizin səhvləri, problemləri yoxdur. Başqa ölkələrin çempionatlarında hakimlər nöqsanlara yol verirlər. Bizim hakimlərlə müqayisədə, onların səhvləri çoxdur. Bunu sözgəlişi dedim.
“Turan” - “Neftçi” oyununa gəlincə, bizim Ekspert Komissiyamız var. Bu komissiya neytral insanlardan - Dövlət Neft Şirkətinin vitse-prezidentləri, Respublika Prokurorluğunun futbolsevər nümayəndələrindən təşkil olunub. Onlar araşdırma aparıb, mənə məruzə etdilər ki, heç bir danışılmış oyundan söhbət gedə bilməz.
- Ancaq araşdırmaları AFFA-nın yox, Peşəkar Futbol Liqasının Ekspert Komissiyası apardı.
- PFL komissiya yaratmaq iqtidarındadır. AFFA Ekspert Komissiyası hər bir şübhəli məqamı araşdırır. Biz çalışırıq ki, futbol yarışlarında ədalət prinsiplərin maksimum dərəcədə qoruyaq. Danışılmış oyunlar, hakimlik problemlərini praktiki olaraq, aradan qaldırmışıq. Siz jurnalistlər də hərdən belə məsələləri gündəmə gətirirsiniz. Düzdür, bunları qaldırmaq lazımdır, ancaq gəlin bu məsələlərə ədalətli baxaq. Klublar AFFA-dan həmişə narazı idilər. İndi isə onların narazılığı minimuma enib.
- Bu məsələdə “Neftçi” kimi klubun adının hallandırılması barədə nə deyə bilərsiniz?
- “Neftçi”nin Dövlət Neft Şirkətinin himayəsində olmasına baxmayaraq, AFFA prezidenti olduğum müddətdə bu kluba qarşı neytrallığımı həmişə qorumuşam. Heç kim deyə bilməz ki, AFFA tərəfindən “Neftçi”yə kömək olub. Bizim bütün klublara, o cümlədən “Neftçi”yə qarşı münasibətimiz yaxşıdır. Lakin bu komandaya digərlərindən fərqli yardım göstərmirik. Belə şey olmayıb, ola da bilməz. Hətta seçim etmək lazım gələndə, “Neftçi” üçün mənfi qərar veririk.
- Ötən ay milli komandanın baş məşqçisi Berti Foqtsla müqavilənin müddəti daha 2 illiyə uzadıldı. Alman mütəxəssisin qarşısına əlavə şərtlər qoyulubmu?
- Yox. Sadəcə, razılaşmanın müddəti artırılıb. Amma Foqts özü öz qarşısında yeni şərtlər qoyub və bir sıra məsələləri yerinə yetirəcəyini bildirib. Halbuki, bu, rəsmi müqavilədə yoxdur. Olsaydı belə, heç deməzdim. Bu, Berti Foqtsun yüksək mədəniyyətə malik insan olmasından və futbol aləmində tanınmasından xəbər verir. Artıq onunla əməkdaşlığın ilk hissəsi başa çatdı, indi yeni mərhələ başlayır.
- Dünya çempionatının seçmə mərhələsində milli komandamız 5-ci yeri tutdu. Bəs Avro-2012-nin seçmə qrup mərhələsində yığmadan hansı nəticə gözləyirsiniz?
- Məndən olsa, bizi birinci yer qane edir. Çünki hamı istəyir ki, qalib gəlib birinci yeri tutsun. Biz futbolun inkişafına nağıl kimi baxırıq: yataq duraq, hər şey yaxşı olsun. Ancaq futbol böyük zəhmət tələb edir. İspaniya Futbol Federasiyasının prezidenti Bakıda olarkən, futbol təsərrüfatından elə şeylər danışdı ki, biz heç onun yaxınına da gedə bilmirik. O söylədi ki, İspaniyada futbol dindən irəlidədir. Görün, bu nə böyük təsərrüfatdır. Təkcə “Barselona” klubunun üzvləri 350 milyon avro pul ödəyirlər. Bizdə hansı klubun bir üzvü gətirib 1 qəpik pul verib? Ancaq orada insanlar özləri bu təşəbbüslə çıxış edirlər. Barselona şəhəri futbolla yaşayır. Oradakı 100 minlik tutma malik stadionun 130 min abunəçisi var. Həmin 30 min insan 15-20 il növbə gözləyir ki, kluba üzv olsun. Biz də belə şeylər yaratmalıyıq. Azərbaycanın futbolla yaşaması, nəfəs alması istiqamətində işlər görməliyik. Birdən-birə qrupda ilk pilləni tutmaq, Avropa çempionatına vəsiqə qazanmaq mümkünsüzdür. Əsas odur ki, biz sıfırdan başlamışıq. Artıq indi Premyer Liqa klublarının 13, 15 və 17 yaşlı futbolçulardan ibarət komandalarının çempionatları keçirilir. Əgər əvvəllər bu klubların tərkibində ümumilikdə 300 futbolçu var idisə, indi onların sayı dəfələrlə artıb. Məktəblərarası, regional çempionatlar təşkil etmişik. Bunlar uşaq futbolunun inkişafı üçün həyata keçirilən tədbirlərdir. Futbola 9 yox, 7 yaşında gəlmək lazımdır. Sevindirici haldır ki, əsas milli komandamızın heyətində yaşı 20-dək olan 7-8 futbolçu var. Legioner futbolçuların sayı isə azalıb. Bu tendensiya davam edəcək. U-17-nin heyətində perspektivli futbolçular var. U-15-in üzvləri “Fənərbaxça” klubunda təlim-məşq toplanışında olublar. Gələn il Almaniyanın 3 klubunda 15 yaşadək futbolçularımız hazırlıq prosesi keçəcəklər. Nəticədə bir neçə ildən sonra bu oyunçuların hesabına dünya və Avropa çempionatlarına vəsiqə qazana biləcəyik.
- Foqts milli komandamıza Avro-2012-nin final mərhələsi üçün vəsiqə qazandıracağına söz verməyib?
- Əgər belə söz versəydi, onunla müqaviləni elə həmin gün pozardım.
Futbol
Millətlər Liqası: 1/4 final mərhələsinin püşkü atılıb
Yenidənqurmadan sonra Xankəndi stadionunda ilk rəsmi futbol qarşılaşması keçirilib - FOTO - YENİLƏNİB
“Xankəndi” doğma arenada ilk oyununa çıxır
Xankəndidə mini futbol turniri başa çatıb
Xəbər Lenti
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
Britaniya Rusiyaya və Çinə qarşı kiberəməliyyatlar həyata keçirir
IV “Maarifçi” Tələbə-Məzun Forumu keçirilib
Azərbaycanın rəqəmsal hökumət reytinqində 36 pilləlik sıçrayışı: uğurun arxasında nə dayanır?
Bakı metrosunda qısamüddətli texniki xəta baş verib, qatarların hərəkətində yubanmalar yaranıb
Azərbaycan-Gürcüstan-Türkiyə komanda-qərargah təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib
İŞİD-in “Vilayəti Xorasan” terrorçu təşkilatına qoşulmuş şəxslər saxlanılaraq Azərbaycana gətirilib
Azərbaycanın BMT indeksində 38-ci yerə yüksəlməsi rəqəmsal transformasiya siyasətinin mühüm uğurudur - ŞƏRH
Naftalanda 3 məktəblini maşın vurub
Kolleclərə tələbə qəbulunun nəticələri müzakirə olunub - FOTO
Azərbaycan komandası beynəlxalq turnirin qalibi olub
BMT rəsmisi: Azərbaycanın rəqəmsal transformasiyaya yatırdığı investisiyalar mühüm nəticələr verib
Stubb: ABŞ Ukrayna ilə bağlı bəndi Tramp, Putin və Si Cinpinin bəyannaməsindən çıxarıb
Ekspert: Azərbaycanın Elektron Hökumətin İnkişafı İndeksində 36 pillə irəliləməsi rəqəmsal transformasiyanın real nəticəsidir
Belarus Silahlı Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfər edib
“Heydər Əliyev və Azərbaycan tarixi” X ümumrespublika bilik yarışının qalibləri müəyyənləşib - FOTO
UNICEF: Ukraynada müharibədə uşaqlar arasında itkilər son 4 ilin ən yüksək səviyyəsinə çatıb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Tusk Polşaya düşən Rusiya raketlərindən danışıb: Təxribat kimi görünür, qəzaya oxşamır
Fransa və Hindistandan BTQ-nin sosial media hesablarına qarşı kiberhücumlar həyata keçirilir
CBS News: ABŞ və İsrail yaxın vaxtlarda İrana qarşı yeni hərbi əməliyyatı nəzərdən keçirir
Paşinyan: Yeni Konstitusiya müharibə DNT-sini sülh və müstəqillik DNT-si ilə əvəz etməyi təklif edir
DYP sürücülərə xəbərdarlıq edib
Ermənistanın humanitar paradoksu: Konfranslar keçirilir, itkin düşmüş azərbaycanlıların taleyi isə açıqlanmır – TƏHLİL
Ermənistan Rusiyaya yeni səfir təyin edib
Millətlər Liqası: 1/4 final mərhələsinin püşkü atılıb
Bakıda intensiv yağış, bəzi yerlərdə qar yağacaq - XƏBƏRDARLIQ
Rəsmi Moskva Rusiya-Gürcüstan dialoqunun davam etdiriləcəyini açıqlayıb
Prezidentin sosial şəbəkə hesablarında Vyetnama rəsmi səfərlə bağlı videoçarx paylaşılıb - VİDEO
Azərbaycanda külək elektrik stansiyaları istehsalı 13 dəfədən çox artırıb - CƏDVƏL
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Zaxarova: Bakı və İrəvan birbaşa dialoqa üstünlük verir, Moskva bu qərara hörmət edir
Prezidentin sosial şəbəkə hesablarında Vyetnamın Baş naziri ilə görüşdən videoçarx paylaşılıb - VİDEO
Bakıda avtoxuliqanlıq edən şəxs həbs olunub - VİDEO
Prezident İlham Əliyevin Vyetnam səfəri: Azərbaycanın Şərq strategiyasının mühüm səhifəsi – TƏHLİL
Azərbaycanda kimya istehsalı üzrə göstəricilər açıqlanıb - CƏDVƏL
Metroya yaxın məsafədə premium mənzillər: City Garden Narimanov-da hansı seçimlər var? - FOTO
Azərbaycanda mazut istehsalı kəskin artıb - CƏDVƏL
COP31-də Azərbaycanda aparılan sosial islahatlar barədə məlumat verilib
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Azərbaycanda magistral kəmərlər ilə bu il 32 mlrd. kubmetrdən artıq qaz nəql olunub
Baş prokuror Binəqədi rayonunda vətəndaşları qəbul edib
Aqil Abbas: Ağdamda həyat yenidən canlanıb
Abşeron-Xızı iqtisadi rayonu üzrə sosial ödəniş alanların sayı 110 mini ötüb
BTC ilə bu il nəql olunan neftin həcmi açıqlanıb
INMerge 2026: 40-dan çox startap “INBattle” səhnəsində mübarizə aparacaq, qalib 50 000 ABŞ dolları qazanacaq
Kolleclər 2030-cu ilədək universitetlərin tabeliyinə veriləcək, IX sinifdən sonra qəbul məhdudlaşdırıla bilər
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
Azərbaycanın neft-qaz sektorunun əsas göstəriciləri - CƏDVƏL