Bank Of Baku

Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü atılıb

Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü atılıb
# 18 dekabr 2009 13:49 (UTC +04:00)
Bakı – APA. Bu gün İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının (ÇL) 1/8 mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, püşkün nəticəsinə əsasən, bu mərhələdə ən maraqlı matç “İnter” və “Çelsi” arasında olacaq. Hazırda İtaliya klubunda çalışan Joze Maurinyo 3 il çalışdırdığı “Çelsi”ni sınağa çəkəcək. Bundan başqa, “Milan” - “Mançester Yunayted” görüşünün böyük marağa səbəb olacağı gözlənilir. 1/8 finalın ilk oyunlar 2010-cu il 16-17 fevral, cavab görüşləri isə bundan 1 həftə sonra keçiriləcək.

1/8 final

“Ştutqart” (Almaniya) - “Barselona” (İspaniya)
“Olimpiakos” (Yunanıstan) - “Bordo” (Fransa)
“İnter” (İtaliya) - “Çelsi” (İngiltərə)
“Bavariya” (Almaniya) - “Fiorentina” (İtaliya)
MOİK (Rusiya) - “Sevilya” (İspaniya)
“Lion” (Fransa) - “Real” (İspaniya)
“Portu” (Portuqaliya) - “Arsenal” (İngiltərə)
“Milan” (İtaliya) - “Mançester Yunayted” (İngiltərə)
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR