Bank Of Baku

“Qalatasaray” klubu Avroliqanın 1/16 finalında çətin rəqiblə qarşılaşacaq

“Qalatasaray” klubu Avroliqanın 1/16 finalında çətin rəqiblə qarşılaşacaq
# 18 dekabr 2009 14:12 (UTC +04:00)
Bakı – APA. İstanbulun “Qalatasaray” klubu Avroliqanın 1/16 final mərhələsində İspaniyanın “Atletiko” komandası ilə qüvvəsini sınayacaq. Apasport.az saytının məlumatına görə, bu gün İsveçrənin Nyon şəhərində keçirilən püşkatma zamanı Türkiyənin turnirdəki digər təmsilçisi “Fənərbaxça”nın da rəqibi müəyyənləşib. “Sarı-lacivərdlilər” gələn ilin fevralında Fransanın “Lill” klubu ilə qarşılaşacaqlar.

Avroliqa, 1/16 final

1. “Rubin” (Rusiya) - “Hapoel” (Təl-Əviv, İsrail)
2. “Atletik” (İspaniya) - “Anderlext” (Belçika)
3. “Kopenhagen” (Danimarka) - “Marsel” (Fransa)
4. “Panatinaikos” (Yunanıstan) - “Roma” (İtaliya)
5. “Atletiko” (İspaniya) - “Qalatasaray” (Türkiyə)
6. “Ayaks” (Hollandiya) - “Yuventus” (İtaliya)
7. “Brügge” (Belçika) - “Valensiya” (İspaniya)
8. “Fulhem” (İngiltərə) - “Şaxtyor” (Ukrayna)
9. “Liverpul” (İngiltərə) - “Unirea” (Rumıniya)
10. “Hamburq” (Almaniya) - PSV (Hollandiya)
11. “Vilyarreal” (İspaniya) - “Volfsburq” (Almaniya)
12. “Standard” (Belçika) - “Zalsburq” (Avstriya)
13. “Tvente” (Hollandiya) - “Verder” (Almaniya)
14. “Lill” (Fransa) - “Fənərbaxça” (Türkiyə)
15. “Everton” (İngiltərə) - “Sportinq” (Portuqaliya)
16. “Herta” (Almaniya) - “Benfika” (Portuqaliya)

İlk oyunlar 2010-cu il fevralın 18-də, cavab görüşləri isə fevralın 25-də keçiriləcək.

1/8 final

10-cu cütün qalibi - 2-ci cütün qalibi
1-ci cütün qalibi - 11-ci cütün qalibi
5-ci cütün qalibi - 15-ci cütün qalibi
16-cı cütün qalibi - 3-cü cütün qalibi
4-cü cütün qalibi - 12-ci cütün qalibi
14-cü cütün qalibi - 9-cu cütün qalibi
6-cı cütün qalibi - 8-ci cütün qalibi
7-ci cütün qalibi - 13-cü cütün qalibi

İlk oyunlar 2010-cu il martın 11-də, cavab görüşləri isə martın 18-də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR