Bank Of Baku

Azərbaycan milli komandası İordaniya ilə yoldaşlıq görüşü keçirəcək

Azərbaycan milli komandası İordaniya ilə yoldaşlıq görüşü keçirəcək
# 25 dekabr 2009 10:15 (UTC +04:00)
Bakı – APA. Azərbaycan milli komandasının yoldaşlıq oyununda qarşılaşacağı daha bir rəqib dəqiqləşib. Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, gələn il martın 3-də Lüksemburq yığmasının qonağı olacaq millimiz həmin oyunadək qüvvəsini İordaniya ilə matçda sınayacaq.

Fevralın 22-dən martın 1-dək bu ölkədə təlim-məşq toplanışı keçirəcək futbolçularımız ayın 25-də meydan sahibləri ilə üz-üzə gələcək. Xatırladaq ki, asiyalılar millimizlə fevralın 26-da qarşılaşmaq istəyirdi. Həmin tarixin Xocalı faciəsinin ildönümünə təsadüf etdiyindən AFFA bunu qəbul etməyib.

Qeyd edək ki, Azərbaycan və İordaniya yığmaları indiyədək yalnız bir dəfə qarşılaşıb. 2004-cü ilin avqustunda keçirilən görüş 1:1 hesabı ilə başa çatmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR