Bank Of Baku

Məşhur “Yuventus” klubunun futbolçusu Azərbaycanda oynaya bilər

Məşhur “Yuventus” klubunun futbolçusu Azərbaycanda oynaya bilər
# 05 yanvar 2010 09:55 (UTC +04:00)
Bakı – APA. “Bakı” İtaliyanın “Yuventus” klubunun futbolçusu David Toukamı baxışa çağırıb. Bu haqda apasport.az saytına paytaxt komandasının vitse-prezidenti Tunc Afşar məlumat verib. Onun sözlərinə görə, 19 yaşlı kamerunlu legionerlə Türkiyədə görüşəcəklər.

Afşar bildirib ki, menecerlərin təklif etdiyi Toukamın oyununu izləsələr də, bu, yetərli deyil: “Baş məşqçimiz Bülənt Korkmazın istədiyi kimi futbolçunu canlı görmək istəyirik. Bu səbəbdən Davidin oyunları olan diskləri izləməklə kifayətlənmədik. Bu məqsədlə kamerunluya dəvət göndərmişik. Bunu qəbul edən Toukam biletini özü alaraq düşərgəmizə gəlir. O, bu axşam Antalyada olmalı, sabah isə məşqə çıxmalıdır. David 4 ildir “Yuventus”un əvəzedici komandasında çıxış edir. 1990-cı il təvəllüdlü Toukam Kamerunun 19 yaşlılardan ibarət yığma komandasının üzvüdür. Dayaq yarımmüdafiəçidir ki, bizə də mövqeyə futbolçu lazımdır”.

Qeyd edək ki, Davidin bu ilin noyabrın 17-də 20 yaşı tamam olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR