Bank Of Baku

İordaniya Futbol Assosiasiyası yığmamızın bütün xərclərini öz üzərinə götürdü

İordaniya Futbol Assosiasiyası yığmamızın bütün xərclərini öz üzərinə götürdü
# 06 yanvar 2010 12:00 (UTC +04:00)
Bakı – APA. Fevralın 22-dən martın 1-dək İordaniyada təlim-məşq toplanışı keçəcək Azərbaycan yığmasının bütün xərclərini bu ölkənin futbol assosiasiyası öz üzərinə götürüb. Bunu apasport.az saytına açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib. Onun sözlərinə görə, AFFA yalnız milli komandamızın İordaniyaya uçuş xərcini çəkəcək.

“Digər xidmətlər isə yığmamız üçün təmənnasız olacaq. İordaniyalılar bir həftəlik təlim-məşq toplanışı zamanı daxili nəqliyyat, otel və qida xərclərini özləri ödəyəcəklər” - deyə Məmmədov vurğulayıb.

Milli komandamız fevralın 25-də İordaniya ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. Martın ilk günündə sözügedən ölkəni tərk edəcək futbolçularımız Lüksemburqa yollanacaqlar. Məqsəd martın 3-də Lüksemburq yığması ilə qarşılaşmaqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR