Bank Of Baku

Hollandiya mətbuatı: Cavadovun qiyməti həddən artıq yüksəkdir

Hollandiya mətbuatı: Cavadovun qiyməti həddən artıq yüksəkdir
# 06 yanvar 2010 23:12 (UTC +04:00)
Bakı – APA.Milli komandamızın futbolçusu Vaqif Cavadovun “Tvente”yə keçidi Hollandiya mətbuatının da gündəmindən düşmür. Apasport.az saytının məlumatına görə, 21 yaşlı hücumçunun Enshede təmsilçisi ilə ilkin anlaşmasının rəsmiləşməsini “zanbaqlar ölkəsi”ndə də gözləyirlər.

Lakin holland həmkarlarımızın fikrincə, Vaqifin Ağdamın “Qarabağ” klubundan “Tvente”yə keçidinə mane ola bilən məqam da var: “Azərbaycanlı hücumçu artıq Hollandiyada olmalı idi. Lakin səfərə çıxmaq üçün bütün sənədləri hazır olmadığından onun gəlişi yubanır. Tərəflərin razılığına əsasən, bazar günü Cavadovla üç illik müqavilə imzalanmalıdır. “Tvente” Azərbaycanda ilin futbolçusu seçilən Vaqifi sıralarına qatmaq niyyətindədir. Lakin bir məsələ də var ki, onun qiyməti həddən artıq yüksəkdir”.

Qeyd edək ki, Cavadov 3 ildir şərəfini qoruduğu “Qarabağ”ın Avropa Liqasında “Tvente”yə qarşı keçirilən oyunlarında özünü yaxşı tərəfdən göstərərək, hollandların diqqətini cəlb edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR