Bank Of Baku

“Milan” yenidən ikinci pilləyə yüksəldi

“Milan” yenidən ikinci pilləyə yüksəldi
# 07 yanvar 2010 01:06 (UTC +04:00)
Italiya çempionatının 18-ci turunda “Milan” “Genoa” klubunu darmadağın edib. APA-nın məlumatına görə, qarşılaşmada hesabı “Genoa”nın hücumçusu Cüzeppe Skulli açıb. Lakin braziyalı mütəxəssis Leonardonun yetirmələri çox keçməyib ki, hesabda irəli çıxıblar. Onbir metrlik cərimə zərbəsi ilə hesabı bərabərləşdirən Ronaldinionun ardinca Tiaqo Silva ikinci topu rəqibin qapısından keçirib.
Qarşılaşmanın ikinci hissəsində “Milan”ın hücumçusu Marko Borriello iki dəfə fərqlənərək komandasının üstünlüyünü 3 top fərqinə çatdırıb. “Genoa”nın qapısından 5-ci topu isə hollandiyalı hücumçu Klas-Yan Xuntelar keçirib.
Qarşilaşmanın sonuncu dəqiqələrində “Genoa”nın hücumçusu David Suaso “Milan”ın qapisindan ikinci topu keçirsə də, biabırçı məğlubiyyətdən yaxa qurtarmaq mümkün olmayıb. Beleliklə, “Milan” 5-2 hesablı qələbəsi ilə yenidən turnir cədvəlinin ikinci pilləsinə yüksəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR