Bank Of Baku

“Bakı” Birlik kuboku ilə vidalaşıb

“Bakı” Birlik kuboku ilə vidalaşıb
# 19 yanvar 2010 14:07 (UTC +04:00)
Bakı – APA. Bu gün Rusiyanın paytaxtı Moskvada MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku turnirinin qrup mərhələsinə yekun vurulur.

Apasport.az saytının məlumatına görə, Azərbaycanı yarışda təmsil edən son ölkə çempionu “Bakı” üçüncü turda Qazaxıstanın “Aktobe” klubu ilə üz-üzə gəlib.

Yalnız qələbə halında 1/4 finala vəsiqə qazanacaq Qazaxıstan çempionundan fərqli olaraq, Bülənt Korkmazın yetirmələrinə uduzmamaq da kifayət edirdi. Qələbə qazanmağa borclu olan “Aktobe”nin qarşılaşmaya daha fəal başlayacağı gözlənilsə də, ilk dəqiqələrdən irəli atılan tərəf “Bakı” olub. Azərbaycan çempionu oyunun əvvəlində 3 dəfə təhlükəli vəziyyət yaradıb. Lakin 2 dəfə Əziz Quliyev, bir dəfə Elvin Əliyev çərçivəyə düşə bilməyib.

“Aktobe”nin ilk ciddi hücumu isə məntiqi sonluqla nəticələnib. Sağ cinahdan təşkil olunan hücum zamanı qapı önünə göndərilən topa hamıdan tez yetişən Konstantin Qolovkoy 24-cü dəqiqədə başla qapıya dəqiq zərbə vurub.

İkinci hissənin əvvəllərində Averçenko komandamızın qapısından ikinci topu keçirərək fərqi artırıb. “Aktobe”yə 0:2 hesabı ilə uduzan “Bakı” elə qrup mərhələsindəcə Birlik kuboku ilə vidalaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR