Bank Of Baku

“Qalatasaray” braziliyalı ulduz Jo Alvesi transfer edib

“Qalatasaray” braziliyalı ulduz Jo Alvesi transfer edib
# 22 yanvar 2010 07:25 (UTC +04:00)
Bakı – APA. Türkiyənin “Qalatasaray” klubu növbəti futbolçu transferinə imza atıb. APA-nın xəbərinə görə, İstanbul klubu Jo adı ilə tanınan braziliyalı ulduz Joao Alves de Assis Silvanı öz heyətinə daxil edib. İngiltərə premyer-liqasının “Mançester Siti” klubuna məxsus olan və bu sezonun ilk yarısında “Everton”da icarə əsasları ilə oynayan Jo “Qalatasaray” tərəfindən bu mövsümün sonuna qədər icarəyə götürülüb. Mövsümün sonunda “Qalatasaray” istəsə, icarə müqaviləsində müəyyənləşdirilmiş məbləği ödəyərək braziliyalı oyunçunu ala biləcək. Jo yanvarın 21-də axşam İstanbula gəlib. Hava limanında onu yüzlərlə azarkeş qarşılayıb.

Joao Alves de Assis Silva 1987-ci ildə dünyaya gəlib. Futbolçu karyerasına vətəni Braziliyanın “Korintians” komandasında başlayıb. 2003-2005-ci ildə forma geydiyi “Korintians”da 54 matçda 23 qol vurub. 2005-ci ildə Rusiyanın Mərkəzi Ordu İdman Klubuna (ÇSKA) transfer olub. Moskva komandasında oynadığı 77 rəsmi matçda 44 qol vurduqdan sonra “Mançester Siti”nin diqqətini cəlb edib. 2008-ci ilin yayında 18 milyon funt-sterlinqə Mançester klubuna keçib. Lakin burada əsas heyətdə yer ala bilməyib və icarə əsasları ilə “Evertona”a verilib. Jo 10 dəfə Braziliya milli komandasının formasını geyib və 3 qol vurub. Maraqlıdır ki, Jo milli forma ilə debütünü Türkiyə milli komandası ilə oyunda edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR