Bank Of Baku

Türk Hava Yolları "Mançester Yunayted"-ə sponsorluq edəcək

Türk Hava Yolları "Mançester Yunayted"-ə sponsorluq edəcək
# 22 yanvar 2010 22:52 (UTC +04:00)
Bakı-APA. Turkish Airlines aviaşirkəti İngiltərənin "Mançester Yunayted" futbol klubunun yeni sponsoru olub.

APA-nın BBC News-a istinadən verdiyi məlumata görə, Avropanın iriliyinə görə dördüncü şirkəti ilə «qırmızı şeytanlar» arasında imzalanan müqavilənin müddəti 3,5 ildir. Müqavilənin dəqiq dəyəri barədə məlumat verilmir.

Bir qədər əvvəl məlumat verildiyi kimi, Turkish Airlines şirkəti həmçinin üç il müddətinə İspaniyanın "Barselona" klubu ilə də sponsorluq barədə müqavilə imzalayıb.

Xatırladaq ki, "Mançester Yunayted" İngiltərə və ümumilikdə Avropanın ən güclü klublarından biridir. Klub 18 dəfə ölkə çempionatında qalib olub, 11 dəfə İngiltərə Kubokunu qazanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR