Bank Of Baku

Ən zəngin idman klublarının adı açıqlanıb

Ən zəngin idman klublarının adı açıqlanıb
# 25 yanvar 2010 14:58 (UTC +04:00)
Bakı – APA. Məşhur “Forbes” jurnalı dünya idmanının ən zəngin klublarının siyahısını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, ABŞ-ın iqtisadi-maliyyə jurnalında dərc olunan reytinq cədvələ əvvəlki tək İngiltərənin “Mançester Yunayted” klubu başçılıq edir. Onun büdcəsi 1 mlrd. 296 mln. avrodur.

İlk onluqda transferlərə böyük pullar xərcləyən cəmi üç futbol klubu var. Onlardan Madridin “Real” (938 mln. avro) və Londonun “Arsenal” (831 mln. avro) klubu siyahıda müvafiq olaraq 6-cı və 7-ci yerləri tutur. “Mançester Yunayted”in ən yaxın izləyicisi olan ABŞ-ın “Dallas Kovboys” futbol klubunun 1 mlrd. 144 mln. avroluq büdcəsi var.

Qeyd edək ki, ilk onluqda Amerika futbolu klublarının sayı 6-dır. Siyahıya düşən beysbol klubu da ABŞ-ı təmsil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR