Bank Of Baku

“Qalatasaray” meksikalı ulduz Covanni Dos Santosu transfer edib - FOTO

“Qalatasaray” meksikalı ulduz Covanni Dos Santosu transfer edib - <font color=red>FOTO</font>
# 27 yanvar 2010 14:37 (UTC +04:00)
Bakı – APA. Türkiyənin “Qalatasaray” idman klubu daha bir futbolçunu öz komandasının heyətinə qatıb. APA-nın “Qalatasaray”ın rəsmi saytına istinadən verdiyi məlumata görə, İstanbul klubu meksikalı Covanni Dos Santosu bu mövsümün sonuna qədər İngiltərə premyer-liqasının “Tottenhem” klubundan icarəyə götürüb. Mövsüm başa çatdıqdan sonra “Qalatasaray” istəsə, icarə müqaviləsində nəzərdə tutulan məbləği ödəyərək gənc ulduzu ala biləcək. Covanni Dos Santos yanvarın 28-də İstanbula gələrək yeni komandası ilə məşqlərə başlayacaq.

Covanni dos Santos Ramirez 1989-cu il mayın 11-də Meksikanın Monterrey şəhərində dünyaya gəlib. Tanınmış braziliyalı futbolçu Zizinyonun (Jerardo Dos Santos) oğludur. Zizinyo 1980-ci illərdə Meksikada oynayıb və meksikalı qadınla ailə qurub. Covanni Dos Santos “Barselona” futbol məktəbinin yetirməsidir. İspaniya La Liqasında 2007-ci il sentyabrın 2-də debüt edib və “Atletik” (Bilbao) ilə matçda Anrinin yerinə oyuna daxil olub. 2008-ci ilin yayında 6 milyon avroya İngiltərə premyer-liqasının “Tottenhem Hotspur” komandasına transfer olub. Lakin bu komandada əsas heyətdə yer ala bilməyib və 2009-cu ilin martında “İpsviç”ə icarəyə verilib. Covanni Dos Santos Meksika milli komandasında 22 dəfə forma geyib və 5 qol vurub.

Xatırladaq ki, “Qalatasaray” ötən həftələrdə premyer-liqadan daha 2 oyunçu alıb. Bunlar “Everton”dan avstraliyalı müdafiəçi Lukas Neyl və “Mançester Siti”dən braziliyalı hücumçu Joao Alvesdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR