Bank Of Baku

Azərbaycan yığmasının futbolçusu Braziliya çempionatında ilk oyununu keçirib

Azərbaycan yığmasının futbolçusu Braziliya çempionatında ilk oyununu keçirib
# 04 fevral 2010 09:42 (UTC +04:00)
Bakı – APA. Azərbaycan yığmasının sabiq futbolçusu Leandro Qomeş Braziliyanın “Amerikano” klubunda ilk rəsmi oyununu keçirib. Apasport.az saytının məlumatına görə, 34 yaşlı hücumçu ölkəsinin ən nüfuzlu turnirlərindən sayılan Rio-de-Janeyro ştatının birinciliyinin 6-cı turunda iştirak edib. İlk 5 turda “Amerikano”nun baş məşqçisi Heron Ferreyranın güvənmədiyi futbolçuya bu postdakı dəyişiklik düşərli olub. Yeni baş məşqçi Alfredo Sampayo Qomeşi “Banqu” ilə səfər matçında meydana buraxıb. Oyunun gedişində Elsonu əvəzləyən Leandro komandasını xilas edə bilməyib və “Amerikano” ardıcıl 6-cı məğlubiyyətini alıb – 0:2.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR