Bank Of Baku

AFFA milli komandanın futbolçusunu yenə cəzalandırıb

AFFA milli komandanın futbolçusunu yenə cəzalandırıb
# 11 fevral 2010 13:15 (UTC +04:00)
Bakı – APA. AFFA Yevlaxın “Karvan” klubunun hücumçusu Zaur Ramazanovu cəzalandırıb. Apasport.az saytının məlumatına görə, 34 yaşlı hücumçu Unibank Premyer Liqasının son turundakı hərəkətlərinin güdazına gedib.

Ramazanov “Karvan”ın “Qarabağ”la səfər qarşılaşması başa çatdıqdan sonra hakimlərə qarşı qeyri-etik hərəkət etdiyi üçün AFFA İntizam Komitəsi tərəfindən 2 oyunluq cəzaya məruz qalıb. Bu səbəbdən futbolçunun komandası 2000 manat cərimə olunub.

Qeyd edək ki, Ramazanov karyerası ərzində dəfələrlə AFFA-nın cəzalarına məruz qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR