Bank Of Baku

Berti Foqts Azərbaycan yığmasına 4 yeni futbolçu dəvət edib

Berti Foqts Azərbaycan yığmasına 4 yeni futbolçu dəvət edib
# 16 fevral 2010 11:45 (UTC +04:00)
Bakı – APA. Azərbaycan milli komandasının fevralın 25-də səfərdə İordaniya ilə yoldaşlıq görüşünün hazırlığına çağırılan heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmamızın baş məşqçisi Berti Foqts 22 futbolçuya dəvət göndərib.

Bunların arasında Amit Quluzadə, Fərdi Quliyev, Əfran İsmayılov və Rauf Əliyev debütant sayılır. Gözlənilənlərin əksinə olaraq, “Simurq”un 30 yaşlı hücumçusu Elşən Məmmədov milli komandaya çağırılmayıb. Uzun fasilədən sonra kapitan Rəşad Sadıqovu heyətə qaytaran Foqts əvəzində ölkədən kənarda çıxış edən futbolçularımıza - Mahir Şükürovla Vaqif Cavadova dəvət göndərməyib.

Hollandiyanın “Tvente” klubuna transfer olduqdan sonra zədələnən Vaqifdən fərqli, “Anji”də (Rusiya) oynayan Mahirin belə problemi yoxdur. Ancaq Foqts əvvəl yığmada oynamaqdan imtina edən, sonra isə sözünü geri götürən Şükürovu İordaniyaya aparmayacaq. Bu da “Anji”nin həmin vaxt futbolçunu buraxmaması ilə bağlıdır. Şükürovun martın 3-də Lüksemburq yığması ilə səfərdə keçiriləcək yoldaşlıq görüşünə yollanması nəzərdə tutulub.

Qeyd edək ki, milli komandamız fevralın 25-dən martın 1-dək Əmmanda təlim-məşq toplanışında olacaq və oradan Lüksemburqa gedəcək.

Qapıçılar: Kamran Ağayev (“Xəzər-Lənkəran”), Fərhad Vəliyev (“Qarabağ”), Səlahət Ağayev (“İnter”)

Müdafiəçilər: Rəşad Sadıqov, Elnur Allahverdiyev, Maksim Medvedev (hamısı “Qarabağ”), Vladimir Levin (“İnter”), Ruslan Abışov, Rail Məlikov (hər ikisi “Neftçi”), Saşa Yunisoğlu (“Bakı”)

Yarımmüdafiəçilər: Samir Abbasov, Aleksandr Çertoqanov (hər ikisi “İnter”), Rəşad Sadiqov, Elvin Məmmədov, Əfran İsmayılov (hər ikisi “Qarabağ”), Araz Abdullayev, Amit Quluzadə (hər ikisi “Neftçi”), Fabio Luis Ramim (“Bakı”), Rahid Əmirquliyev (“Xəzər-Lənkəran”)

Hücumçular: Vüqar Nadirov, Rauf Əliyev (“Qarabağ”), Fərid Quliyev (“Standard”)
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR