Bank Of Baku

AFFA “Karvan” klubunun şikayətini təmin etmədi

AFFA “Karvan” klubunun şikayətini təmin etmədi
# 17 fevral 2010 08:24 (UTC +04:00)
Bakı – APA. AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, iclasda “Karvan” klubu tərəfindən hücumçu Zaur Ramazanov barədə verilmiş apelyasiya şikayətinə baxılıb. Komitə üzvləri müzakirələr apardıqdan sonra Yevlax təmsilçisinin şikayətini təmin etməyib. Beləliklə, 34 yaşlı futbolçunun cəzası qüvvədə qalıb.

Xatırladaq ki, AFFA İntizam Komitəsi fevralın 9-da “Qarabağ” - “Karvan” (3:2) matçı başa çatdıqdan sonra hakimlərə qarşı qeyri-etik hərəkət etdiyi üçün Ramazanovu 2 oyunluq cəzalandırmışdı və 2000 manat cərimələmişdi. Fevralın 13-də “Neftçi” ilə görüşü buraxan Zaur bu gün “Bakı”ya qarşı da forma geyinə bilməyəcək. Onun yalnız Unibank Premyer Liqasının XXII turunda “Xəzər-Lənkəran”la matçda iştirak hüququ var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR